BolgeXeber.Com » Xəbərlər » Kürdəmirin baş həkimi «Topaz» oyunlarına aludə olub

Kürdəmirin baş həkimi «Topaz» oyunlarına aludə olub

2-11-2016, 17:10
Oxunub: 6 038 Kürdəmirin baş həkimi «Topaz» oyunlarına aludə olub  Məhəmməd Musayevin rəhbərlik etdiyi rayon səhiyyəsi hər ötən gün bir qədər də geriləyir

Son zamanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanası və bu tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayevlə bağlı Gundelik-Baku.com-un redaksiyasına mütəmadi olaraq şikayətlər daxil olur. Belə ki, adıçəkilən xəstəxanaya müraciət edən şəxslərin bildirdiyinə görə, bu səhiyyə ocağında pasiyentlərə, həmçinin onların yaxınlarına bir çox hallarda heç də normal münasibət göstərilmir. Təbii ki, bu məsələnin başqa tərəfidir və çoxları bu mənzərə ilə tanışdır. Lakin Gundelik-Baku.com olaraq tamam başqa bir məqama toxunacağıq. Belə ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayevin adıçəkilən tibb müəssisəsinin kadrlar şöbəsinin müdiri (deyilənə görə həm də, buxalteriya işlərini aparır) ilə birləşərək sanitar işçilərdən tutmuş həkimlərə kimi hər kəsin maaşına göz dikdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada qeyd olunur ki, xəstəxananın tib personalı artıq bu cür hallardan təngə gəlib: «Düzdür, xəstəxananın kollektivi əmək haqqını plastik kart vasitəsilə alır. İlk olaraq deyə bilərsiniz ki, plastik karta köçürülən maşa rəhbərlik necə əl uzadır. Amma məsələ ondadır ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev və kadrlar şöbəsinin müdiri bunun yolunu çox asanlıqla tapıblar. Bu xoşagəlməz vəziyyət isə kollektivin ciddi narazılığına səbəb olub. Lakin qərar baş həkim səviyyəsində verildiyindən heç kim səsini çıxara bilmir. Çünki əks halda işsiz qalacaqlarından qorxurlar. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, ölkə səhiyyəsində əmək haqqı elə də yüksək deyil. Bu baxımdan istər baş həkim olsun, istərsə də kadrlar şöbəsinin müdiri olsun, onların də əmək haqqı elə yüksək olmamalıdır. Amma di gəl ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev bu gün rayonun ən imkanlı şəxsləri sırasında qərarlaşıb. Maraqlıdır, görəsən o, bunu necə əldə edib?..» Bu arada, Məhəmməd Musayevin Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında öz qayda-qanunlarını qoyduğunu bildirən mənbənin sözlərinə görə, onun gözündən heç nə yayınan deyil: «Hələ bu, harasıdır. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayevin «Topaz» idman mərc oyunlarına böyük marağının olduğu da deyilir. Bildirilir ki, xəstə yaxınları dəfələrlə hansısa məsələ ilə bağlı baş həkimin qəbulunda olarkən onun stolunun üstündə «Topaz» kafsentlərinə rast gəliblər. Onu da nəzərinizə çatdırım ki, hazırda Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev isə bütün bu müəssisələri və orada çalışan kollektiv üzvlərini birbaşa özünün maraqlarına tabe etdirməyi bacarıb. Bu maraqlarsa, rayon sakinlərinin və əlbəttə ki, ilk növbədə xəstələrin maraqları ilə qətiyyən uzlaşmır. Baş həkim davamlı olaraq, tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Deyilənlərə görə. rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur. Məhz elə bu kimi səbəblər üzündən Məhəmməd Musayevin rəhbərlik etdiyi Kürdəmir səhiyyəsi hər ötən gün bir qədər də geriləyir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.