Adil Vəliyevin dünya-aləm vecinə deyil - FOTOLAR
3-11-2016, 11:51
Oxunub: 3 411
Hətta xəbər bloggerləri bu ünvanda lotka da sürmüşdü ki, bəlkə icra başçısı görüb utansın, problemin həllinə cəhd etsin
Lakin görünür, Sabunçunun icra başçısı Adil Vəliyev üçün belə subasma və ya bu kimi problemlərin həlli maraqlı deyil. Mediafax.az xəbər verir ki, elə bu səbəbdəndir ki, bu gün yagan bir neçə saatlıq yağış nəticəsində adıçəkilən ərazi yenidən su altında qalıb. Yenə ətrafdakı mağazalar bağlıdır, insanlar işə gedə bilmir, məktəblilər isə təhlükədədir. Hətta səhər saatlarında bir məktəblinin bu gölə düşdüyü və ciddi xəsarət aldığı deyilir. Yenə həmin dalğa, həmin kordinat. Yenə icra başçısı Adil Vəliyev öz isti otağında oturub seyr edir, problemlər onu maraqlandırmır. Mətbuatda Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun nəzarəti altında olan rayon yollarının su altında qalması barədə kifayət qədər yazılar verildi. Günlər sonra da olsa icra hakimiyyəti yalançı bir əsas, səbəb tapdı və problemin aradan qaldıərılması üçün çalışdıqlarını dedi. Təbii ki, açılqlama yalandan, vaxt udmağa xatir verilmişdi. Onlardan fərqli olaraq Sabunçunun icra başçısı Adil Vəliyev umumiyyətlə susub. O, bununla vaxt udmaq, guya heç nə baş vermirmiş kimi diqqət çəkmək istəmir. Amma biz, mediafax.az olaraq diqqəti bir daha Sabunçu rayon, Dəmir Yol Vağzalının (Stansiya Sabunçu) qarşısında yaranmış gölə ayırmaq istəyirik. Cənablar, "Stansiya Sabunçu" su altında qalıb. Fotolar bunu bir daha subut edir... Amma Adil Vəliyev nə qədər sayğısıqlıq göstərəcək, bax bu su altında deyil, sual altındadır...

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər