BolgeXeber.Com » Xəbərlər » 171 saylı avtobuslar da Çovdarovun imiş? – ŞOK FAKT

171 saylı avtobuslar da Çovdarovun imiş? – ŞOK FAKT

3-11-2016, 15:44
Oxunub: 2 672 171 saylı avtobuslar da Çovdarovun imiş? – ŞOK FAKTBakıda marşrut avtobuslarında olan ciddi problemlər illərdir davam edir

Nə qədər yeniliklər edilsə də, rəhbərlik dəyişdirilsə də, hələ eyni vəziyyət qalmaqdadır. Hamının ağız dolusu ilə tərif yağdırdığı “BakuBus” avtobuslarının da köhnə marşrutlarla heç bir fərqinin qalmayacağı artıq görünməkdədir. İlk işartılar var artıq…
Bu arada Bakıda daha biabırçı marşrut avtobusları var ki, onlar barəsində nə qədər danışılsa da nəticə yoxdur. Bunlardan biri Koroğlu metro stansiyasından Buzovna istiqamətində işləyən 171 saylı marşrutdur. Bu xətt istiqamətdə hərəkət edən avtobuslar sadəcə insanı infarkt dərəcəsinı çatdırır. Sürücülərin, maşın sürə-sürə çay içməsi, siqaret piləməsi kimi hallar bir tərəfə hələ vaxt intervalının umumiyyətlə, məlum olmaması kimi ciddi problemlər göz deşir, əsəb yaradır. Di gəl ki, bu xəttin sahibi də narahat deyil. Sahib demişkən kimdir 171 saylı marşrutun sahibi? Onun nəzarətində olan nizamsız idarəetmə altında işləyən avtobusların gündəlik qazancı nə qədərdir?
Bizimxeber.az-ın apardığı kiçik bir araşdırması zamanlı bəlli oldu ki, bu marşrut xətti işdən qovulan keçmiş MTN şefi Eldar Mahmudovun yaxın adamlarına məxsusdur. Daha doğrusu 171 saylı marşrut xəttinin sahibi əvvəllər MTN-də işləyən, Eldar Mahmudovdan sonra işdən qovulan bir şəxsin nəzarəti altında olub. Amma həmin şəxs bu şirkətin sahibi olmayıb, sadəcə nəzarət edib. Daha bir məlumata görə, 171 saylı avtobus xətti hazırda məhkəməsi gedən, 10-larla cinayətdə adı keçən Akif Covdarovun olub.
Günlərin birində Çovdarov şirkətin sahibini yanına çağırıb və marşrut xəttini ona verilməsini tələb edib. Daha sonra isə qazancın 50-50 prinsipi ilə bölüşdürülməsi ilə razılaşıbalar. Bir neçə ildən sonra Çovdarov yeni avtobuslar aldıraraq xəttə buraxıb və bununla da şirkət əsl sahibinin əlindən alınaraq Çovdarovun nəzarətinə salınıb. 171 saylı marşrut Çovdarovun nəzarəti altında MTN işçilərindən birinin qohumunun adına rəsmiləşdirilib. Elə bu səbəbdən də, istədiklərini ediblər. Hazırda 171 saylı marşrut xəttinin avtobusları ucqar dağ kəndlərində işləyən avtobusları xatırladır. Natəmizlik, qaydasızlıq və ən əsası sərnişinlərə qarşı kobud rəftar hələ də bu avtobuslarla davam edir.
Maraqlıdır ki, Çovdarov həbs olunsa da, qanunsuz əməllərinə son qoyulsa da 171 saylı saylı avtobuslardakı vəziyyət düzəlmir… Belə çıxır ki, 171 saylı xəttin sahibi yenə heç kimdən qorxmur, sərnişinlərə qarşı hörmətsizliyi davam etdirir…