Bakıda qəribə oğurluq: - Bahalı cins xoruzlar, quşlar oğurlandı
3-11-2016, 15:49
Oxunub: 4 615
Sabunçu rayonu, Maşdağa qəsəbəsi, Ləiş bağları massivində qəribə oğurluq hadisəsi baş verib. Bağdan cins xoruzlar oğurlanıb
Bu barədə virtualaz.org saytına zərərçəkmiş Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, həyətdə olan sort quşlar, xoruzlar oğurlanıb. “Ləiş bağları ərazisi bir nəfər tərəfindən qorunurdu. Həmin şəxs avtoritet hesab edilirdi və onun qorxusundan heç kim oğurluğa cəsarər etmirdi. 2 gün əvvəl həmin şəxs dünyasını dəyişib və elə həmin gün də oğurluq olub. Tək xoruzların qiyməti 1000 manata yaxındır. Quşlar isə müxtəlif zamanlarda alınmışdı”, - S.Əhmədova deyib.
Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı 42 saylı polis bölməsinə məlumat verilib. “Polisə məlumat veriləndən sonra bağda qalan toyuq-cücəni də apardılar. Ərazidə heç kim oğruların qorxusundan sort quşlar saxlamağa cəsarət etmir. Bizə məsləhət görürlər ki, quşları restoranlarda, kafelərdə axtaraq. Əşyaları qoyub quşların oğurlanması göstərir ki, oğrular xoruz və quşların qiymətindən xəbərdardılar”, - S.Əhmədova əlavə edib.
Şikayətçi oğruların tapılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
42 saylı polis bölməsindən isə telefonlara cavab verilməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər