Bərdədə Mədəniyyət Mərkəzində vətənpərvərlik mövzusunda növbəti tədbir-FOTO
5-11-2016, 16:34
Oxunub: 2 692
4 oktyabr 2016-cı il tarixdə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Mədəniyyət Mərkəzində vətənpərvərlik mövzusunda ənənə halını alan növbəti tədbirini keçirdi
Tədbirdə Mədəniyyət Mərkəzinin filialları, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları, rayon ziyalıları və məktəbli şagirdlər iştirak etdi. Tədbirdə vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqə sükutla yad edildi. Tədbiri giri sözü ilə acan Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova öz çıxışında Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən. Çıxış edənlər vətənimizin şanlı tarixindən və bu vətən uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarından geniş söz açdı. Daha sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Soğanverdilər kənd Mədəniyyət evinin öz fəaliyyət kollektivi hərbi vətənpərvərlik mövzusuna həsr etdikləri konsert proqramını təqdim etdi. Konserti öz çıxışı ilə açan Soğanverdilər kənd Mədəniyyət evinin direktoru Hürü Məmmədova səsləndirdiyi “Azərbaycan” şeiri ilə iştirakçılarda böyük coşğu hissi yaratdı. Həmçinin proqram çərçivəsində “Uğur” rəqs qrupunun təqdim etdiyi “Yallı” rəqsi alqışlarla qarşılandı. Rəngarəng şəkildə davam edən konsert proqramına “Qarabağ şikəstəsi” ilə son vuruldu. Tədbirin yekunu olaraq Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələrin göstərdikləri fəaliyyət müzakirə olundu. Onlara işlərinin dahada düzgün təşkili üçün təklif və tövsiyyələr söylənildi.
Bolgexeber.com






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər