BolgeXeber.Com » Xəbərlər » “Azərişıq”dan Ağsuda işığı kəsilən xəstəxana ilə bağlı açıqlama - “Borc ödənilməlidir”
“Azərişıq”dan Ağsuda işığı kəsilən xəstəxana ilə bağlı açıqlama - “Borc ödənilməlidir”
5-11-2016, 18:50
Oxunub: 4 242
"Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib"
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: "Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir".
Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər