BolgeXeber.Com » Xəbərlər » İbrahimovlar İlham Qasımovla razılığa gəlib: Güləğa Tənhanın 20 milyon dollarını qaytarmamaq üçün

İbrahimovlar İlham Qasımovla razılığa gəlib: Güləğa Tənhanın 20 milyon dollarını qaytarmamaq üçün

7-11-2016, 17:42
Oxunub: 2 675 İbrahimovlar İlham Qasımovla razılığa gəlib: Güləğa Tənhanın 20 milyon dollarını qaytarmamaq üçünAtası ilə birlikdə həbs edilən və qısa müddətdən sonr azadığa çıxan Lətif Qasımov Sahib İbrahimovla anlaşıb

Şəriklər vətəndaşlara dəyən, həmçinin onların şəriki olan Gülağa Qənbərova dəyən ziyanı geri qaytarmamaq məsələsində razılıq əldə ediblər.

Artıq bir neçə aydır ki, ölkə mətbuatında adı dələduzluqda hallanan və ortağı Gülağa Qənbərovu (Tənha) dolandırmaqla suçalanan iş adamı İlham Qasımovun məhkəməsi gündəmi zəbt edib.

Keçirilən məhkəmə prosesindədə iş adamı açıq şəkildə bildirib ki, ortağı Gülağa Qənbərovla gördüyü işlərə 13 milyon dollara yaxın vəsait istifadə olunub. Ancaq Gülağa Qənbərovun iddia etdiyi 6.5 milyon manat vəsaitdən xəbəri yoxdur. İlham Qasımov məhkəmə prosesində onuda qeyd edib ki, 13.5 milyon manat vəsiat bina tikintisi üçün istifadə olunub və bu xərcləmələrdən Gülağa Qənbərovun xəbəri var.

Xatırladaq ki, İlham Qasımov həbs olunanda onun vəkili mətbuata açıqlamasında bildirmişdi ki, iş adamı əslində “Real MTK”nın təsisçisi və rəhbəri deyil: “İlham müəllimə qarşı irəli sürülmüş itithamlarla qətiyyən razı deyilik”, deyə vəkil bildirmişdi. İş adamının vəkili həmin vaxt açıqlamasında israrala idia edirdi ki, müvəkkili İlham Qasımovun heç uir günahı yoxdur. Ancaq sonradan ortaya çıxan çoxlu sayda şikayətçilər və eləcədə tanınmış iş adamı, Gülağa Qənbərova 20 milyon dollar zərər vurulması ilə bağlı iddialar onu göstərdi ki, İlham Qasımov həqiqəti gizlədir.

Bu məhkəmə prossesi ilə bağlı PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, İlham Qasımovla birlikdə oğlu Lətif Qasımov da həbs olunub. Çünki iş adamın etdiyi fırıldaqların bir hisəsi oğluna aid şirkətlərin əli ilə həyata keçrilib. İddiaya görə, Gülağa Qənbərova “atılan” 20 milyon dollar vəsaitin mənimsənilməsində Lətif Qasımovun “əməyi” var.

Mənbə bildirir ki, atası ilə birlikdə həbs edilən Lətif Qasımov qısa müddətdən sonr azadığa çıxıb. Mənbə Lətifin azadlığa çıxmasının əsas səbəbkarının İlham Qasımov olduğunu qeyd edir. Çünki oğlunun azadlıqda qalması İlham Qasımovun şirkətlərinin idarə edilməsi və bəzi məsələlərin gizlicə “yoluna” qoyulması üçün çox vacib olub. Məhz buna görə də bütün razılaşmalara gedən İlham Qasımov oğlunun azadlığa çıxmasına nail olub.

PİA.AZ-a daxil olan məlumatda iddia edilir ki, Lətif Qasımov özü də çıxılmaz vəziyyətdə qalıb. Çünki şikayətçilərin istintaqa verdiyi ifadələrdə onun da adı keçir. İlham Qasımova yaxın olan hər kəs yaxşı bilir ki, onun yol verdiyi bütün dələzduzluqlarda oğlunun rolu var. Atasının yaratdığı şirkəti idarə edən Lətif Qasımovun Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla şərik olduğu deyilir. Məhkəmədə bir-birilərinə qarşı ittihamlar irəli sürən şəriklər əslində indi də çox yaxın münasibətdədirlər və hələ də şərikliklərini davam etdirməkdədirlər.

Mənbə iddia edir ki, hazırda İbrahimovlar bütün imkanları ilə İlham Qasımovun həbsdən qurtulması üçün çalışır. Lakin iş adamı Gülağa Qənbərovun şikayəti tam əsaslı olduğu üçün və mənimsənilən pulları geri qaytarmaqdan imtina edən İlham Qasımovu həbsdən qurtarmaq o qədər də asan deyil. Buna görə də mənbənin iddasına görə İlham Qasımov oğlu Lətiflə və İbrahimovlarla məsləhətləşərək qərara gəlib ki, Gülağa Qənbərova dəyən ziyan geri qaytarılmasın. Buna görə də Lətif Qasımovun adına olan şirkət və obyektlər başqa yaxın adına adamların keçirilir.

Qeyd edək ki, İlham Qasımovun keçmiş MTN naziri Eldar Mahmudovun adamlarıyla işbirliyi içində olması ilə bağlı mətbuatda kifayət qədər ciddi məlumatlar yayılıb. Eldar Mahmudovla İlham Qasımovun iş birliklərini sübüt edən məlumatlardan biri də iş adamının keçmiş MTN şefinin ailə üzvünə bağışladığı ofislə bağlıdır. Bu ofis Sahil-D Kompaniyə məxsus 4 binadan birinin 1-ci mərtəbəsində yerləşib ki, binanın özü pis vəziyyətdə olsa da ofis müasir təmirli olub.

Mövzu ilə bağlı araşıdrmalarımız davam edir.