Nazir Nərimanov rayon DYP rəisini sərt cəzalandırdı
7-11-2016, 19:03
Oxunub: 3 581
Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib
Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.
Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.
Məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır.
Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib. Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər