Gəncə qarışdı: Elmar Vəliyev “İmamzadə”yə hücum etdi
10-11-2016, 12:19
Oxunub: 3 466
Gəncədən narahat xəbərlər almışıq
Daxil olan məlumatlara görə, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyev "İmamzadə” ziyarətgahına və onun axundu Hacı Tahir Abbaszadəyə hücuma keçib. Başçının birbaşa tapşırığı ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevin rəhbərlik etdiyi qrup "İmamzadə”də əməliyyat keçirib. Əməliyyat zamanı "İmamzadə”nin əməkdaşları İlham Abbasovu və Elbrus Məmmədovu həbs edən polislər, bəzi din adamlarının da axtarışına çıxıblar.
Məlumatı əldə edən kimi Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevlə əlaqə saxladıq. Sualımızı dinləyən İ.Balakişiyev "mənə bu haqda heç nə məlum deyil” dedi və məlumatı təkzib etdi.Əməkdaşlarımız "İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə ilə əlaqə saxlamağa çalışdılar. Onun icra hakimiyyətində olduğu və başçı ilə görüşdüyü məlumatını aldıq. Bir müddətdən sonra Hacı Tahir Abbaszadə ilə danışa bildik. Məlumatı doğrulayan Hacı Tahir Elmar Vəliyevin onu hədəf götürdüyünü və həbs etdirmək istədiyini dedi.
Hacı Tahir kəfən geyindiyini dedi…
Hacı Tahirin dedikləri tükürpədicidir: "Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "Aşura” günündə "İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə "bütpərəst” dedi və məni hədəfə götürdü. "İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. Məni açıq şəkildə həbs etdirəcəyi ilə hədələyir.
İndi mən Gəncədən Bakıya çıxmışam. Əynimdə kəfən var. Kəfənimi geyindimsə, bu yolda sonuna qədər varam. Buradan bəyan edirəm. Yolda məni saxlayıb həbs etdirməyə çalışsalar, intihar edəcəyəm!”
Hacı Tahir Abbaszadə Bakıya çatan kimi hər şeyi foto-video dəlillərlə sübut edəcəyini və mətbuat konfransı keçirəcəyini dedi.
Xural.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər