BolgeXeber.Com » Xəbərlər » Qorxmaz Hüseynovun adamı qumarda uduzub torpağını satışa çıxardı: GÖYÇAY “YEZİD”İ

Qorxmaz Hüseynovun adamı qumarda uduzub torpağını satışa çıxardı: GÖYÇAY “YEZİD”İ

10-11-2016, 12:25
Oxunub: 1 950 Qorxmaz Hüseynovun adamı qumarda uduzub torpağını satışa çıxardı: GÖYÇAY “YEZİD”İ Bu gün Göyçay rayonunda ciddi su problemi yaşanmaqdadır

Belə ki, rayonun əksər kəndlərində içməli su təchizatı ilə bağlı acınacaqlı vəziyyətin yaşandığını iddia edən mənbənin məlumatına görə, bunun məsuliyyəti birbaşa Göyçay rayon Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovun üzərinə düşür. Bununla bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, adıçəkilən qurumun müdiri İlqar Mütəllibovun işi rayonun bütün kəndlərini içməli su ilə təmin etmək olsa da, sakinlərin içməli su ilə təchizatı onu qətiyyən maraqlandırmır.
Rayon sakinləri vurğulayırlar ki, İlqar Mütəllibovun əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə göyçaylı əziyyət çəkir. Onlar yazırlar ki, Göyçay Su-Kanal İdarəsinin müdirinin əməlləri rayon məhkəməsinin qərarı ilə də sübut olunub: «İlqar Mütəllibov «Azəraqrartikinti» ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib. Həmin yeri hasara aldırıb, bağ salaraq, tikinti işləri aparıb. Bununla əlaqədar, Göyçay Məhkəməsi 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyub. Buna baxmayaraq, İlqar Mütəllibov məhkəmə qərarını qəsdən icra etməyərək, həmin əraziyə gedib tikinti işlərini davam etdirir. Göyçay Məhkəməsinin icraçıları isə ondan qorxduqları üçün yaxın düşə bilmirlər və qətnaməni icra etməyə gücləri çatmır».
Digər informasiyada isə qeyd olunur ki, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov bu yaxınlarda qumarda külli miqdar pul uduzub. Bununla bağlı mənbə iddia edir ki, İlqar Mütəllibov qumarda uduzduğu üçün ödəməli olduğu məbləği vaxtında çatdırmaq məqsədilə Qəbələ rayonundakı 150 hektarlıq torpaq sahəsini satışa çıxarıb: «Deyilənlərə görə, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov qumarda uduzduğu məbləği ödəmək üçün ölkənin ən səfalı guşələrindən biri olan Qəbələdəki 150 hektarlıq torpağını təcili satır. Maraqlıdır, görəsən o, bu boyda torpaq sahəsini necə, hansı yollarla əldə edib?..»(gundelik-baku.com)