BolgeXeber.Com » Xəbərlər » Ağ xalatlı həkimin həkimə yaraşmayan hərəkətləri

Ağ xalatlı həkimin həkimə yaraşmayan hərəkətləri

10-11-2016, 13:45
Oxunub: 7 154 Ağ xalatlı həkimin həkimə yaraşmayan hərəkətləriXəstəxana rəhbərliyi və kollektiv Taleh Nəsibovun etdiyi səhv hərəkətlərdən artıq cana doymuş və qərara gəlmişdir ki, bu məsələ səhiyyə işçilərinin həmkarlar ittifaqı şurasının iclasında müzakirə olunsun

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə isə müqəddəs peşə sahibi kimi baxmışdır. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətli bir işdir. Lakin bəzən cəmiyyətimizdə elə həkimlərə rast gəlirik ki, onların xəstələrlə davranışı, işlədiyi kollektivdə həkim adına xələl gətirən hərəkətləri, ictimaiyyət içərisində qeyri-etik davranışı ağ xalatlı həkimlərimizin adına xələl gətirir.
Çox təəssüf edirik ki, elə həkimlərdən biri də son günlərə kimi Hacıqabul rayon Mərkəzi Xəstəxanasında sahə pediatoru, sonradan isə həkim endikrinoloq vəzifəsini icra edən işləmiş Nəsibov Taleh Əziz oğlunun həm xəstələrlə kobud rəftarı, həm də ictimaiyyət arasında həkim adına ləkə gətirən hərəkətləri kollektivdə narazılıqla qarşılanmışdır. Belə ki, Taleh Nəsibov bir neçə il bundan öncə gənc həkim pediatr kimi rayon Mərkəzi Xəstəxanasına işə qəbul olunmuş, sonradan xəstəxananın baş həkimi Beydulla Qarayev ona gənc mütəxəssis kimi etimad göstərərək onun həkim endokrinoloq kimi fəaliyyət göstərməsinə şərait yaratmışdır. Lakin Taleh Nəsibov nəinki ona göstərilən etimadı doğrultmamış, əksinə işdə özbaşınalığı, xəstələrlə kobud rəftarı, saatlarla növbə gözləyən xəstələrə etinasızlığı kolektiv və rəhbərlik tərəfindən ciddi narazılığa səbəb olmuşdur. Son vaxtlar isə Taleh Nəsibovun həkim adına yaraşmayan hərəkətləri, onun haqqında hüquq-mühafizə orqanlarına və RMX-na vətəndaşlar tərəfindən fərdi şikayətlər daxil olmuşdur.Hətta bununla bağlı Hacıqabul rayon və Şirvan şəhər polis şöbələrində materiallar tərtib edilmişdir. Bütün bu hərəkətləri ilə Taleh Nəsibov həm kollektivdə, həm də kollektivdən kənar intizam qaydalarını pozmuşdur. Dəfələrlə işlədiyi kollektivin rəhbərliyinə vətəndaşların etdikləri şifahi narazılıqlarla bağlı onunla aparılan fərdi söhbətlərdən nəticə çıxarmamış, işində və hərəkətlərində ciddi dönüş yaratmamışdır.
Bir müddət bundan əvvəl isə Şirvan şəhər sakini Səfərov İlham Əliağa oğlu şikayət ərizəsi ilə Şirvan şəhər polis şöbəsinə müraciət etmiş Nəsibov Taleh Əziz oğlunun 29 sentyabr 2016-cı il tarixdə saat 15 radələrində Şirvan şəhər Olimpiya Kompleksində cəmiyyətə yaraşmayan və həkim adına xələl gətirən hərəkətlər etdiyini bildirmişdir.
Edilən şikayətdən sonra Taleh Nəsibov törətmiş olduğu əməllə bağlı Şirvan şəhər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 4(032)469 2016-cı il tarixli qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
Daha bir şikayət ərizəsi isə Hacıqabul rayon sakini Fəridə Axundova tərəfindən rayon polis şöbəsinə edilmişdir.Belə ki, şəkər xəstəsi olan Fəridə Axundova şəkər preparatının ona verilməsi üçün həkim Taleh Nəsibova müraciət etmiş, həkimin təhqiredici və kobud rəftarı ilə qarşılaşmışdır. Həkim Taleh Nəsibov şəkərli diabet xəstələrinin dövlət qeydiyyatına götürülmüş xəstələr olduğunu bildiyi halda, onlara dövlət tərəfindən ayrılmış dərman preparatlarının verilməsində narazılıqlar yaratmışdır.Xəstə həm Xəstəxana rəhbərliyinə, həm də rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir.
Xəstəxana rəhbərliyi və kollektiv Taleh Nəsibovun etdiyi səhv hərəkətlərdən artıq cana doymuş və qərara gəlmişdir ki, bu məsələ səhiyyə işçilərinin həmkarlar ittifaqı şurasının iclasında müzakirə olunsun.
Bu günlərdə rayon Mərkəzi Xəstəxanası səhiyyə işçilərinin Həmkarlar İttifaqı Şurasının iclasında Taleh Nəsibovun hərəkətləri müzakirə olunmuş və kollektivin qərarı ilə sahə pediatoru ( həkim endikrinoloq vəzifəsini icra edən) işləmiş Nəsibov Taleh Əziz oğlunun AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.
Lakin yenə də bəd əməllərindən əl çəkməyən Taleh Nəsibov müxtəlif portallara yalan və böhtan xarakterli yazılar yazaraq, vaxtilə kollektivdə ona qucaq açmış insanlara şər və böhtanlar yağdırır.
Bizim isə Taleh Nəsibova məsləhitimiz budur ki, bəd əməllərindən əl çəksin, suyunu içib çörəyini yediyi vətənin layiqli övladı olsun, içdiyi Hippokrat andına sədaqətini nümayiş etdirsin, ağ xalatlı həkimlərimizin adına xələl gətirməsin.