BolgeXeber.Com » Xəbərlər » “Lənkəranski”nin varisi işində sensasion gəlişmə-daxili işlər nazirinə “spasibo”...
“Lənkəranski”nin varisi işində sensasion gəlişmə-daxili işlər nazirinə “spasibo”...
11-11-2016, 09:36
Oxunub: 6 894
Rövşən Canıyevin maliyyə imperiyası uğrunda mübarizə aparan “qanuni oğru” “Merab Suxumski” ömürlük Rusiyaya qayıda bilməyəcək, onu indi Qazaxıstanda daha ağır cəza gözləyir
Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) maliyyə imperiyası uğrunda mübarizə aparanlardan biri, uzun illərdir İtaliyada həbsdə olan Merab Canqveladze (“Merab Suxumski”) Rusiya vətəndaşlığından məhrum edilib. Xatirladaq ki, bugünlərdə “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarının “Merab Suxumski”nin nəzarətinə keçməsi barədə məlumat yayılmışdı. Rusiya mənbələri iddia edirdi ki, “Suxumski” bununla kifayətlənməyərək “Lənkəranski”nin Türkiyədəki biznesinə də göz dikib.
Vaxtilə “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından olan “Merab Suxumski”nin azadlığa buraxılması və Rusiyaya qayıtması kriminal aləmdə yeni müharibəni alovlandıra bilərdi. Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”nin Rusiyaya qayıtmasını istəmirdilər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib. “Suxumski” nin apelyasiya şikayətinə isə bugünlərdə baxılıb və rədd cavabı verilib. Primecrime.ru saytının xəbərinə görə, İtaliyaya ezam olunan İnterpolun Rusiya bölməsinin əməkdaşları məhkəmə qərarını “Suxumski”yə şəxsən təqdim ediblər.
Məlum olub ki, “Suxumski” bu ilin martında ev dustaqlığına buraxılıbmış. “Suxumski” sənədlərlə tanış olduqdan sonra bildirib ki, məhkəmənin qərarı ilə bağlı hüquqi prosedurları davam etdirəcək. Ona ömürlük Rusiyaya gəlmək qadağası barədə də qərar çıxarılıb. O, rəsmi sənədə imza deyil, “daxili işlər nazirinə və Cinayət Axtarış İdarəsinin rəis müavini Novikova sağ ol” qeydini yazıb. “Suxumski”nin bundan sonrakı taleyinin necə olacağı isə müəmmalıdır. Çünki “Suxumski”ni Qazaxıstan hüquq-mühafizə orqanları bir sıra cinayətlərdə suçlayırlar və bu qərardan sonra onu daha uzun müddətə türmə həyatı gözləyə bilər.
Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da “Suxumski” ləqəbi ilə tanınır və “Lənkəranski” ilə yaxşı münasibətləri olub. Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb.
“Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər siyahısında birgə hallanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər