“Bakinternet” Bakı sakinlərinə internet verir, yoxsa əziyyət?
11-11-2016, 10:49
Oxunub: 3 747
Son günlər Bakıda "Bakinternet" provayderinin xidmətlərindən xeyli narazılıq yaranıb
Gün ərzində saytımızın onlarla oxucusu redaksiyamıza müraciət edərək, paytaxtın əsas internet provayderinin işindən şikayət edirlər.Bolgexeber.com virtualaz.org-a istinadən bildirir ki, ilk narazılıq dalğası noyabrın 7-də, bazar ertəsi günü qeydə alındı. Həmin gün "Bakinternet", heç bir xəbərdarlıq etmədən, noyabr ayı üçün (!) internetə görə ödəniş etməmiş bütün abunəçilərə xidməti dayandırdı. Halbuki, həmin vaxta kimi ödəniş "post-faktum" qəbul edilirdi və oktyabr ayının ödənişi elə oktyabrın sonuna kimi ödənilmək şərtilə qəbul edilmişdi. Nəticədə, minlərlə paytaxt sakini həftəni internet problemi ilə açdı.
Lakin problemlər bununla bitmədi. Ödənişi etdikdən sonra belə internet xidməti bərpa edilmiş abunəçilər çətinliklərlə üzləşməli oldular. Bu gün səhər saatlarından başlayaraq "Bakinternet" öz xidmətlərini, belə demək mümkünsə, böyük fasilələrlə təqdim edir. 15 dəqiqə internet normal işləyirsə, sonrakı 15 dəqiqəni "dincəlmək" olar.
Yeri gəlmişkən, problemlərdən biri də "Bakinternet"in "qaynar xətt"inin (155) operatorsuz xidmət göstərməsidir. Bu nömrəyə zəng edən abunəçilər robotun "dərdi" olan nömrənin daxil edilməsi xahişi ilə üzləşirlər, başqa sözlə, danışmaq üçün kimsəni tapa bilmirsən.
Budur, "Bakinternet" yenidən xətti açdı və yazını redaktora yollaya bilmək üçün onu elə buradaca bitirməliyəm. Çünki az sonra xətt yenidən bağlanacaq.
Bu arada, "Bakinternet"in məsələyə dair şərhini eşitmək istərdik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər