BolgeXeber.Com » Xəbərlər » "Qaçqınkom" şefini bu ailələr maraqlandırmır? - 120 qaçqın ailəsinin həyatı təhlükədə
"Qaçqınkom" şefini bu ailələr maraqlandırmır? - 120 qaçqın ailəsinin həyatı təhlükədə
11-11-2016, 14:24
Oxunub: 2 103
24 ildir bizi burda çürüdürlər
Tualetimiz yox, mətbəximiz yox... Ailəcə 5 nəfərik, darısqal otaqda qalırıq. Binanın bir tərəfi dağılıb, uşaq dəhlizə çıxanda dalınca güdürük ki, əl-ayağı döşəmələrdəki yarıqlara keçməsin”.
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, “Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 443”dəki yataqxana hamamsız və tualetsizdir. Bu bir yana, həm də qəzalı durumda olan binada 120-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Söhbət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasından gedir. 24 ildir burada məskunlaşan köçkün Həmidə Cəfərzadə deyir, hər mərtəbədə təxminən 1 kvadratmetrlik “guşə” taxta qapı ilə örtülüb. Qapının deşilmiş yerləri kağızla tutulub. Sakinlər “sanitar qovşağı” adlandırdıqları yarızirzəmidə həm yuyunur, həm də təbii ehtiyaclarını ödəyirlər. Binada, artıq xatırladılan kimi, 120 məcburi köçkün ailəsi yaşasa da, 600 ailə qeydiyyatdadır.
Köçkün Aslan Əliyev artıq özünün deyil, burada doğulub böyüməkdə olan uşaqların gələcəyindən təlaşlanır:
“İmkanımız da yoxdur ki, uşaqlarımızı harasa aparaq. Toz-torpağın içində oynayırlar. Bu yaxınlarda qonşu otaqda qalan ana yerdən döşək atıb körpəni yatırdıb, bir də xəbər tutublar ki, siçovul uşağın barmağını gəmirib. Biz də insanıq, biz də yaşamaq istəyirik”.
Köçkünlərin yazmadığı, üz tutmadığı qurum qalmayıb. Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən də onlara ümidverici söz deyən yoxdur. Köçkünlərsə belə şəraitdə yaşamaqdan bezərək, başqa yaşayış yerlərinə köçürülmələrini tələb edirlər.
Yasamal rayon icra hakimiyyətindən bildirilib ki, yataqxana binası qəzalı binaların siyahısındadır. Binanı köçkünlər məskunlaşdığından sökə bilmirlər. İcra Hakimiyyəti “Qaçqınkom”un hərəkətə keçməsini gözləyir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman