Hacıqabullu məktəblilər "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yola çıxdılar
12-11-2016, 14:01
Oxunub: 4 219
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə yola çıxdılar
Bolgexeber.com xəbər verir ki,"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə yola çıxdılar.
Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplandılar.Sonra Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ağac əkdilər.Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər.
Yola salma mərasimində rayon icra hakimiyyəti, təhsil, mədəniyyət şöbəsinin məsul işçiləri, valideynlər iştirak etdilər.
Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Şəki şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Şəki-Zaqatala-Qəbələnin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Mərasim başa çatdıqdan sonra Hacıqabullu məktəblilər avtobusla Şəkiyə yollandılar.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər