“Azercell” rəzaləti: abunəçini məhkəmədə niyə cərimələdib? - Detallar
12-11-2016, 18:22
Oxunub: 3 146
“Azercell” abunəçisi Orxan Kəngərli şirkətdən narazıdır
Politika.Az-ın verdiyi xəbərə görə, mobil operator yenə də abunəçiləri aldadır, soyur.
O.Kəngərli də üzləşdiyi problemdən yazıb: “Şikayətim “Azercell”in göstərdiyi xidmətdən yox, məniməhkəməyə verməsindəndir. Məhkəmə də 50 + 20 azn cərimə tətbiq edib.
Məsələ ondan ibarətdir ki, mən 2013-cü ildə aldığım data karta görə daha doğrusu data nömrəyə görə məhkəməyə verilmişəm. Mən belə bir data kart aldığımı xatırlamasam da bu datakart mənim adımadır.
Şəxsən aldığımın da sübutu var. Məsələ burasındadır ki, həmin data kart 2013-cü ilin yanvarın sonunda alınıb və ardıcıl olaraq 3 ay (fevral, Mart, Aprel) ərzində toplamda 40 azn ödəniş olunub”.
Abunəçi qeyd edir ki, maydan etibarən oyabr ayına qədər heç bir ödəniş olunmayıb: “Azercell istifadə etmədiyim data kart üçün mənə borc yazıb.
Mən anlamıram ki, nəyin əsasında bu borc yazılır? Təsəvvür edin bu ilin iyul ayında 3 ildən sonra Azercell məni məhkəməyə verib. Və mənim xəbərim, iştirakım olmadan məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı zamanında mənə çatdırılmayıb. Mən noyabr ayında yəni məhkəmənin qərarından düz 3 ay sonra məlumat almışam. Mən istifadə etmədiyim aylara görə ödəniş etmək istəmirəm. Adicə məntiqdir.
Sən ödəniş edirsən sonra abunə olursan. Ödəniş etmirsənsə abunəliyin də ləğv olunur. Azercell-in bu oyunbazlığına qarşı susmaq istəmirəm. Özbaşınalıq baş alıb gedir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər