Xoşqədəmə "yarım kub" təklif edən həkimlə bağlı - Açıqlama(VİDEO)
14-11-2016, 17:05
Oxunub: 3 858
Mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram” proqramının kadrarxası çəkilişlərinin görüntüsü yayılıb
Həmin görüntülər proqramın ATV kanalında yayınlandığı dövrdə baş verənlərdir.
Bolgexeber.com xəbər verir ki, uzun illər "Səni axtarıram” verilişində canlandırılan səhnələrdə real faktlar deyil, quraşdırılmış süjetlərdən istifadə olunub. Belə ki, efirə çıxarılacaq qəhrəmanlar başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim qəhrəmanı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Söhbətin hansı iynədən getdiyi isə müəmmalıdır. Bu isə həkimin hansı hallarda şəxsə tibbi müdaxiləyə ehtiyac duyması barədə suallar yaradır. Digər maraq doğuran məqam həkimin xəstəyə iynə vurmaq üçün verilişin aparıcısı X.Hidayətqızıdan icazə istəməsidir.
Aparıcı ilə birgə “iş birliyinə” gedən həkimin efirə çıxarılması hansı qaydalarla həyata keçirilir? Verilişdə yaşananlara görə həkim məsuliyyətə cəlb oluna bilərmi?
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramlı Cəbhə.info-ya açıqlamasında deyib ki, nazirlik həmin həkimdən xəbərsizdir:
“O həkim “Medera Hospital”ın həkimidir. Səhv etmirəmsə, oranın baş həkimi Firəngiz xanımdır. Siz onunla əlaqə saxlayın. Ora özəl klinikadır. Həmin məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. O həkimin isə səsləndirdiyi sözlə başqa günahı yoxdur. Amma bilmirəm ki, hansı sahə üzrə həkimdir. Sadəcə bildiyim odur ki, həkim özəl klinikada çalışır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər