"Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik" - ŞİKAYƏT VAR
15-11-2016, 12:10
Oxunub: 2 888
Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını hökumətdən tələb edir
“Aprel döyüşlərində evimizə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik. Deyirlər, evinizi təmir-bərpa etməyə büdcədə pul yoxdur”. DİA.AZ bildirir ki, Ağdamın Çəmənli kənd sakini Arif Quliyev prezident İlham Əliyevin bu ilin aprel döyüşlərində zərər çəkmiş yaşayış yerlərinin təmir-bərpasının dövlət hesabına həyata keçirilməsi barədə tapşırığından xəbərdardır. Ancaq kəndli bildirir ki, yerli qurumlar ayrılmış həmin vəsaiti qəzalı vəziyyətə düşən evlərə xərcləməkdə “simiclik” edirlər:
“Kənddə çox evlər yararsız hala düşüb. Ancaq gəlib baxış keçirib akt yazırlar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazırlar, şifahi isə deyirlər ki, “Bakıdan pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb, ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.
Arif Quliyevin özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. İşsizdir, öhdəsində xəstə uşaqlar və ahıl yaşlı ailə üzvləri var: “Allaha and olsun ki, otaqlar dağılıb, cəmi bircə otaq qalıb. Yayda həyətdə yatırdıq, indi qışdır, məcbur olub həmin qəzalı otağa yığışmışıq. Sabah evin böyrünə bir mərmi də düşsə, bu otaq dağılacaq. Uşaqlar yatır, böyüklər keşik çəkir ki, mərmi-filan gəlsə, götürüb qaçaq. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.
Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını hökumətdən tələb edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər