BolgeXeber.Com » Xəbərlər » “Azəravtoyol”un cinayəti: 12 manatlıq rüsum 100 manata satılır - Foto

“Azəravtoyol”un cinayəti: 12 manatlıq rüsum 100 manata satılır - Foto

15-11-2016, 12:37
Oxunub: 2 157 “Azəravtoyol”un cinayəti: 12 manatlıq rüsum 100 manata satılır - Fotoİri çəkili yük maşınlarının sürücüləri yollarda saxlanaraq icazə sənədi tələbi ilə üzləşir

Əvvəllər Cavid Qurbanovun, indi Saleh Məmmədovun rəhbərliyi altında “Azəravtoyol” ASC sürücülərin dərisini soyur Araşdırma zamanı və eləcə də oxucuların redaksiyamıza ünvanladığı saysız-hesabsız müraciətlər əsasında aydın olub ki, yük maşınlarının şoferləri yollarda “ərəbzəngi”lərlə savaşır. İri çəkili yük maşınlarının sürücüləri yollarda saxlanaraq icazə sənədi tələbi ilə üzləşir. Onlara verilən icazə sənədi isə soyğunçuluq və rüşvətlə müşayiət olunur. Oxuculardan biri saytımıza göndərdiyi fotolarla bağlı yazıb ki, həmin vərəqələr Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən paylanır. Həmin vərəqənin qiyməti aylıq 100 manatdır. Daha doğrusu, “Azəravtoyol” ASC bu işi həyata keçirir. Oxucu qeyd edib ki, bu məbləğə görə güzəşt var. Belə ki, sürücülər üçün nisyə dəftəri açılıb və möhlət qoyukur. İmkan olduqca ödəniş etsinlər. Amma istənilən halda pul məcburi alınır. Onun sözlərinə görə, yaşadığı Şəki şəhərində bu məbləğ 100 manat olsa da, başqa rayonlarda tarif fərqlidir: “Deyilənə görə elə rayon sürücüləri var ki 40-60 manat verir, ancaq bizim Şəkidə 100 manatdır. Üstündə dövlət rüsumu yazılmayıb. Deyilənə görə rəsmi rüsum 12 manat, 50 qəpikdir. Xahiş edirəm bu sənəd yoxlansın. Bu kağızların dövlət hesabıyla satılmasına şübhə var”.Bolgexeber.com politika.az-a istinadən xəbər verir ki, rəsmi məlumatda "Azəravtoyol" ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizə aparır. "Azəravtoyol"dan verilən məlumata görə, bu ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib. Qeyd edək ki, normadan artıq yüklənmiş maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir və bu cür hallara qarşı mübarizə tədbirləri "Azəravtoyol" və Baş Dövlət Yol Polisi ilə birlikdə "İnzibadi Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə prezident İlham Əliyevin fərmanına əsasən aparılır. Sadəcə, oxucunun da qeyd etdiyi kimi, bu məsələdə qeyri-rəsmi məqamlar var. Sürücülərdən fərqli məbləğlər aldığı iddia olunur.
Qarşı tərəfi dinləməyə hazırıq!
Bolgexeber.com

“Azəravtoyol”un cinayəti: 12 manatlıq rüsum 100 manata satılır - Foto
“Azəravtoyol”un cinayəti: 12 manatlıq rüsum 100 manata satılır - Foto