"Bizdə elə nömrələr var ki, polis yaxınlaşmağa qorxur" - Deputat
17-11-2016, 10:28
Oxunub: 2 696
"İndi qocalmışam. Gün o gün olsun ki, Bakı- Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq”
Bunu millət vəkili Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yollarda qəza hadisələrinin sayının çox olması probleminə toxunarkən deyib. O qeyd edib ki, hazırda yollarda cavanlar tüğyan edirlər: "Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömərləri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin qəzalar yenə də baş verəcək”.
Millət vəkili Elmira Axundova da həmkarının fikrini dəstəkləyib. O qeyd edib ki, bu qədər işlər görülməsinə baxmayaraq yollarımızda biabırçı vəziyyət müşahidə olunur: "Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin bu ildən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir ki... Mən çox həyacan keçirirəm. Bizim yollarımızda pis vəziyyət var. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır”./qafqazinfo.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər