ATV-nin Xoşqədəm yalanı üzə çıxdı — FOTOFAKT
17-11-2016, 15:00
Oxunub: 3 490
Əməkdar jurnalist, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında gərginlik davam edir
Bir neçə gün öncə yayılan məlum videogörüntülərdən sonra ATV-nin yaydığı məlumatda bir sıra maraqlı məqamlar yer alıb.
Şirkətin bir neçə gün öncə yaydığı açıqlama ötən ilin aprel ayında yaydığı açıqlamanı təkzib edir.
2015-ci ilin aprelində ATV-nin mətbuata yolladığı açıqlamadan bir hissə:
"O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib".
İndi isə bir neçə gün öncə yayılan məlumata nəzər salaq:
"Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib".
Apardığımız araşdırma nəticəsində məlum olub ki, "Səni axtarıram"ın 2014-cü ilə qədər olan heyətindən hazırda ATV-də 10-a yaxın əməkdaş (adlarını yazmağı lazım bilmirik-İ.V.) çalışır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər