Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - Evlərini satdılar
18-11-2016, 09:28
Oxunub: 3 588
Azərbaycanlı gənc "Topaz”da 500 min manat uduzub
BakiPost.az-a daxil olan məlumata görə, o, futbol oyunlarına bir neçə dəfə nisyə pul yazdırıb. Proqnozları səhv çıxan gənc, borcunu qaytara bilmək üçün bukmeykerə əlavə nisyə pul qoymaqdan çəkinməyib. O, bu addımına borcu 500 min manata çatana kimi davam edib.
"Topaz” idman mərc oyunlarının yerli məntəqəsinin sahibi ona daha pul yazdıra bilməyəcəyini deyib və borcunu qaytarmağı istəyib. Borcunu qaytara bilmədikdə isə "Topaz” sahibi polisə müraciət edib. Onun polisə müraciətindən sonra gəncin ailəsi övladlarının 500 minlik borcundan xəbər tutub. Çarəsiz vəziyyətdə qalan ailə övladlarını həbs təhlükəsindən qorumaq üçün Gəncə və Bakıdakı evlərini satmağa məcbur olub. Lakin evlərin pulu belə borcu qaytarmağa kifayət etməyib.
Əldə etdiyimiz məlumata görə, sözügedən gənc işğal altında olan rayonlardan birinin Təhsil Şöbəsinin müdirinin oğludur. Həmin şəxsin adı bizə məlum olsa da, özü ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığından adını hələlik gizli saxlayırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər