BolgeXeber.Com » Xəbərlər » Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul edərkən rüsum ödəyəcəklər
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul edərkən rüsum ödəyəcəklər
18-11-2016, 11:41
Oxunub: 3 328
Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunvericilikdə dəyişiklik edilir
Milli Məclisdən APA-ya verilən məlumata görə, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir.
Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər