BolgeXeber.Com » Xəbərlər » İcra başçısı 64 yaşlı şairi tutdurmaq istəyir – Yazıçılar Birliyinin üzvündən şikayət
İcra başçısı 64 yaşlı şairi tutdurmaq istəyir – Yazıçılar Birliyinin üzvündən şikayət
18-11-2016, 16:56
Oxunub: 5 318
Goranboy rayonunun Yeni yol kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələsgər Əlioğlu (Təhməzov) tərəfindən ombudsman Elmira Süleymanovaya müraciət edilib
Yazıçılar Birliyi üzvünün mia.az-a göndəriyi məktubda bildirilir ki, rayonun icra başçısı onu əsassız yerə həbs etdirmək istəyir:
“Hörmətli Elmira xanım!
Mən 27 sentyabr 2016-cı il tarixdə Sizə Goranboy rayon icra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin haqsızlıqları ilə bağlı müraciət etmişdim.
Çox qəribədir ki, şikayətdə əks edilmiş halların yoxlanılması, müvafiq tədbir görülməsi və nəticə barədə məlumatlar verilməsi məhz Nizaməddin Quliyevin özünə ünvanlanmışdır. Belə olan təqdirdə hansı insan hüquqlarından söz açıla bilər!?
Nizaməddin Quliyev bir ildən artıqdır ki,mənə,oğluma,bir sözlə bütün ailəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirməkdədir. O, bizdən nə istəyir!? Hətta rayon məhkəməsinə mənimlə bağlı iddia ərizəsi hazırladıb təqdim etmişdir ki, guya mən şər və böhtançıyam. Bir maraqlanan yoxdur ki, 64 yaşımın içərisində kiməsə şər- böhtan atmışam, ya yox!! Bu adam deyir ki, səni şər-böhtançı kimi tutdurmalıyam.
Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin qurub-yaratdığı və cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən bir demokratik dövlətdə dinc yaşaya bilmiriksə nə etməliyik!?
Mən 30 ildən artıqdır ki, Yazıçılar Birliyinin (keçmış SSRİ Yazıçılar İttifaqının) üzvüyəm.Şeirlərim və nəsr əsərlərim qırx ilə yaxındır ki, dövri mətbuatda çap olunur, iyirmidən artıq kitabım çapdan çıxmışdir. Az-çox nüfuzum da vardır. Həmişə də başımı aşağı salıb işimlə məşğul olmuşam. İndi Nizaməddin Quliyev imkan vermir ki, öz yaradııcılıq işimlə məşul olum. Məhkəməyə gedən yollar daha məni yormuşdur.
Buna görə də Sizdən xahiş edirəm ki, bir Ombudsman kimi mənim və ailəmin hüquqlarının qoruynması yolunda müraciətimi aidiyyəti üzrə orqanlardan birinə yönəldəsiniz. Belə düşünürəm ki, bununla da məni, həmçinin ailəmi Nizaməddin Quliyevin şər-böhtanından xilas etmiş olarsınız”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər