Ziya Məmmədov Trampdan danışdı - “Onu oğlumdan soruşun”
19-11-2016, 11:02
Oxunub: 2 845
Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov Donald Trampın prezident seçilməsindən danışıb
Bolgexeber.com nazirin gununsesi.info-ya verdiyi qısa müsahibəni təqdim edir:
- Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?
- Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.
- Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?
- Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.
- Bu gün münasibətlər qalırmı?
- Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.
- Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?
- Bu qədər danışdım, yetər. Sağlıqla qalın..(Telefonun dəstəyini asır)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər