BolgeXeber.Com » Xəbərlər » İcra başçısı Kamaləddin Heydərovdan elə bir şey istədi ki... - SÜLEYMAN MİKAYILOVUN GÖZÜ YÜKSƏKLƏRDƏ
İcra başçısı Kamaləddin Heydərovdan elə bir şey istədi ki... - SÜLEYMAN MİKAYILOVUN GÖZÜ YÜKSƏKLƏRDƏ
20-11-2016, 12:40
Oxunub: 3 676
İcra başçısı Gömrük Komitəsinə sədr gəlmək istəyir: Süleyman Mikayılov yeni iddiaya düşüb
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yeni iddiaya düşüb. İcra başçısı postunu özü üçün çox kiçik vəzifə sayan “Çakır” ləqəbli icra başçısının gözləri indi daha yüksəklərdədir, indi o Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə gəlmək üçün dəridən-qabıqdan çıxır.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, fövqəladə hallar naziri Kamaləddin Heydərovun kadrlarından sayılan Süleyman Mikayılov artıq bu yöndə əməli fəaliyyətə də keçib: “DGK rəhbəri Aydın Əliyevin “vurulacağına” inanan icra başçısı indi bütün əlaqələrini işə salaraq onun kreslosuna əyləşməyə can atır. Bununla bağlı bir neçə dəfə Kamaləddin Heydərova söz eşitdirən icra başçısına ümidverici cavab verilməsə də Süleyman Mikayılov bu istiqamətindəki fəallığını azaltmayıb. K.Heydərovdan başqa daha bir neçə yüksək mənsəb sahibinə anoloji xahişlə minnətçi düşən S. Mikayılov yaxın ətrafına gec-tez məqsədinə nail olacağını söyləyib”.
Məlumat üçün bildirək ki, 1962-ci ilin aprelində Naxçıvanda anadan olan Süleyman Surxay oğlu Mikayılov 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər