BolgeXeber.Com » Xəbərlər » Deputat avtomobillərin park edilməsi qiymətinə kəskin etiraz etdi

Deputat avtomobillərin park edilməsi qiymətinə kəskin etiraz etdi

21-11-2016, 12:27
Oxunub: 1 849 Deputat avtomobillərin park edilməsi qiymətinə kəskin etiraz etdiBakıda avtomobillərin park edilməsi ilə bağlı problemlər səngimir. Həm qiymətlərin yüksək olması, həm də park edilərkən tıxacların yaranması haqlı narazlığa səbəb olur

Bolgexeber.com bildirir ki, Milli Məclisin deputatı Çingiz Qənizadə modern.az-a açıqlamasında avtomobillərin park edilməsi zamanı bəzi sürücülərin məsuliyyətsizliyinə diqqət çəkib.

“Qanunsuz yerlərdə avtomobilləri saxlamaq düzgün deyil. Bu, başqa avtomobillərin hərəkət etməsinə mane olur, eləcə də tıxac yaradır. Bir də görürsüz ki, hansısa ticarət mərkəzinin, iri marketlərin qarşısında avtomobilləri saxlayıb, çıxıb gediblər.

Bu da yüzlərlə avtomobillərin hərəkətinə mane olur. Həm avtomobilin necə saxlanmasında, həm də hərəkətin idarə edilməsində sürücülük mədəniyyəti olmalıdır. Demirəm ki, bizdə sürücü mədəniyyəti yoxdur. Sadəcə, çox aşağıdır. Mandarini yeyib, qabığını küçəyə atan sürücüdən yaxşı nə gözləyə bilərik?!

Bilməlidirlər ki, onların etdikləri yanlış hərəkət başqalarının həyatı, hərəkəti üçün təhlükədir. Bəzi iri marketlər nizamlı şəkildə avtomobillərin saxlanması üçün yer ayırıblar. Dəfələrlə şahidi olmuşam. Amma elə yerlər var ki, avtomobili küçənin ortasında saxlayırlar. Biri minir, biri düşür. Birinin nizamsızlığına görə arxada nə qədər avtomobil gözləməli olur”, – deyə o bildirib.

Deputat avtomobillərin park edilməsi qiymətinə də kəskin etirazını bildirib:

“Parkinqlərin qiyməti çox bahadır. Guya bir az azaldılmalı idi. Dövlət müəssisələrində çalışan əməkdaşlar səhər saat 9-dan axşam saat 7-yə, 8-ə qədər iş yerində olur. 6 saatdan artıq müddətə avtomobil saxlamaq çox bahadır. Maaşımızın dörddə bir hissəsini avtomobilin park edilməsinə veririk.

Bir dəfə bu qiymətlərin haradan tənzimlənməsi barədə fikirlərimi demişəm. Belə qiymətlər qoymaq kimin ağlının məhsuludur?! Niyə baha qiymətlər qoyulur? İnsanların təhlükəsizliyi və rahatlığı ilə bağlıdırsa, burada qazanc güdməyin nə mənası var?!

Parlamentin iclasında səsləndirdiyim fikirləri yenə də təkrar edirəm. Avtomobillərin park edilməsi zamanı qoyulan qiymətlər o qədər aşağı olmalıdır ki, insanlar bundan bəhrələnə bilsinlər. Bir dəfə mağazaya düşüb nəsə almaq üçün avtomobili saxlayanda 3-5 manat verməli oluruq. Gündəlik parkinqdən istifadə edən insanlar varsa, bu, insanların ailə büdcəsinə və qazancına müəyyən qədər problem yaradan hallardır”.