BolgeXeber.Com » Xəbərlər » Ucarda faciə: Ata-ana və övladları öldü

Ucarda faciə: Ata-ana və övladları öldü

21-11-2016, 14:40
Oxunub: 1 880 Ucarda faciə: Ata-ana və övladları öldüUcarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb

Bolgexeber.com xəbər verir ki, APA-nın məlumatına görə, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z.Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.