Rayon qeydiyyatında olanlara bəd xəbər - "Bakıda mənzil ala bilməyəcəklər"
23-11-2016, 14:10
Oxunub: 3 942
"Sosial mənzillərin tikilməsində əsas məqsəd insanların ev problemini həll etməkdir. Vətəndaşlar əmin olsunlar ki, heç kim bu layihədən kənarda qalmayacaq. Kimin ehtiyacı varsa, həmin şəxsə ev almaq üçün imkan yaradılacaq"
Bunu azvision.az-a millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, kimlərin güzəştli şərtlərlə sosial mənzilə sahib olacağı açıqlanıb: "Bu vaxta qədər kimlərin güzəştli şərtlərlə sosial ev alacağı haqda məlumatlar açıqlanıb. Digər açıqlamalar hələ verilməyib. Bununla bağlı yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi cənab prezidentin tapşırığı ilə öz əsasnaməsini hazırlayır. İlin sonuna qədər lazım olan sənədlər tam hazır olacaq. Bundan sonra digər məsələlərlə bağlı insanları maraqlandıran məlumatlar açıqlanacaq”.
Millət vəkili vətəndaşları maraqlandıran mühüm məsələyə aydınlıq gətirib. Bildirib ki, rayon qeydiyyatında olan şəxslər Bakıda sosial ev ala bilməyəcək: "Evlər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq. Sözsüz ki, maaşın, iş yerinin və həmin vəsaiti ödəmək qabiliyyətinin olması əsas şərtlərdən biridir. Ümumilikdə ilin sonuna kimi digər açıqlamalar olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər