Bərdədə məmurun evi yanıb: Ölən var
24-11-2016, 16:09
Oxunub: 3 089
Bərdə rayonunda fərdi yaşayış evi yanıb
Bolgexeber.com xəbər verir ki, “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nüşabə küçəsində, Bilman Şadlinskiyə məxsus evdə baş verib.
Belə ki, noyabrın 23-dən 24-nə keçən gecə ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın tezliklə 8 otaqlı evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Bərdə rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ev sahibinin bibisi, 76 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı Aygun Şadliniskaya isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
İlkin ehtimala görə, yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bilman Şadlinski Bərdə Rayon Məşğulluq Mərkəzinin direktorudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər