BolgeXeber.Com » Xəbərlər » "Әsl Qazaxlı" Rəcəb Babaşovu nədə ittiham edir? - İDDİA

"Әsl Qazaxlı" Rəcəb Babaşovu nədə ittiham edir? - İDDİA

25-11-2016, 14:14
Oxunub: 3 514 "Әsl Qazaxlı" Rəcəb Babaşovu nədə ittiham edir? - İDDİASiz Qazaxdan gedәcәksiniz


"Gündәm xәbәr"in redaksiyasına Qazax rayonundan şikayәt dolu bir mәktub daxil olub.Bolgexeber.com qəzetə istinadən xəbər verir ki, "Әsl Qazaxlı" imzası yazan müәllif rayon icra hakimiyyәtinin başçısı Rәcәb Babaşovu, bu rayondan deputat seçilәn Kamran Nәbizadәni tәnqid edib. "Açıq mәktub" janrında yazılan hәmin yazını kiçik ixtisar vә düzәlişlәrlә dәrc edirik:

Qonaq gәrәk öz yerini bilsin...

Cәnab icra başçısı! Gözünü aç, bu el­obaya yaxşı bax! Bura ziyalılar diyarı Qazaxdır! Bu torpaqda Sәmәd Vur ğun, İsmayıl Şıxlı, Molla Pәnah Vaqif, Dәdә Әdalәt vә bu kimi sayı­sambalı olan şairlәr, ziyalılar vә dahilәr yetişib. Bizim silahımız sazdı, sözdü, qәlәmdi. Qazax çox qonaxpәrvәr vә hörmәtcil bir obadı. Qazaxın etikası, mәdәniyyәti yüksәk olan bir camaatı var. Qazaxlılar özünә qarşı da belә münasibәt gözlәyir. Bura gәlәn qonaq da gәrәk öz yerini bilsin, danışdığının fәrqindә olsun. Qazaxda gәlәn qonağa “xoş gәlmisiniz” deyәrlәr!

Qonaq da elә etmәlidir ki gedәndә ona “xoş getdin” desinlәr!

Qazax hәm dә cәbhә bölgәsidir. Qazax oğulları düşmәnlә üz­üzә әli yalın, balta­yabayla, әn yaxşı halda isә ov tüfәngiylә düşmәnә sinә gәrdilәr, Qazaxı qorudular, düşmәnә qan uddurdular, şәhidlәr verdilәr. Dinc әhalinin başına "Qrad" mәrmilәri yağdı, amma Qazaxlılar elini­obasını atıb qaçmadılar. İllәrlә qazsız, işıqsız qaldılar, min bir әziyyәtә qatlaşdılar, amma dönmәdilәr. Bir sözlә, Qazaxlılar çox әziyyәt çәkdilәr. Ona görә dә Qazaxlılar әn ali hörmәtә layiq olduqları halda tәәssüflәr olsun ki, onlar rayonun rәhbәri, yәni sizin tәrәfinizdәn tәhqir vә tәhdid olundu, alçaldıldı, hörmәtsizliklә qarşılaşdılar, qapıları bağlandı, çörәklәrindәn, işindәn oldular.

İcra başçısının narkotik vә hәbs tәhdidi

Cәnab başcı, sizә sual verirәm. Siz, Qazaxlıları narkotiklә şәrlәyib tutdurmağa gәlmisiniz? Nә isә! Bu söhbәtә hәlә qayıdacağıq!

Cәnab Başçı!

Rayon rәhbәri işlәmәk sizә elә dә asan gәlmәsin. Çünki hәr bir rayonun öz adәt­ әnәnәlәri, öz qaydaları var. Hәr bölgәnin camaatı fәrqli düşüncәyә, mәdәniyyәtә vә xarakterә malikdir. Bunların hamısını gәrәk nәzәrә alasan. "Burada mәnәm, Bağdadda kor xәlifә" idarәçilik üslubu artıq keçәrli deyil. Hәr şey sizin bütün istәklәriniz vә diktәnizlә olmur. Siz padşah deyilsiniz. Bir dә ki әn әsası qulluq etdiyin iqtidarın rayon rәhbәri kimi sәnnәn olan gözlәntilәrini gәrәk anlaya bilәsәn. İqtidarın tәlәbi isә hәr kәsә bәllidir. Yerli әhaliylә yola get, hörmәtlә davran, dolandır, problemlәrini hәll et vә heç vaxt ictimai narazılıq yaratma.

İdarә müdirlәrini söyәn vә tәhqir edәn başçı

Eldar Nәsibin “Bura Qazaxdır, oğlum” şerindәn bir misra yadıma düşdü:

İgidlәrin köksu ilә qorunur bәnd, bәrәsi,
Koroglunu andırır hәr oğlunun nәrәsi,
Düsmәnlәrә mәzardır qәdim İncә dәrәsi
Dostlarınsa yolunda bir şam çıraqdır, oğlum
Bura Qazaxdır, oğlum!

Cәnab Başçı!

Siz Qazaxlılara hörmәt qoymadınız vә ictimai narazılıq yaratdınız, bununla da hakimiyyәtin sizә olan etimadını itirdinız. Artıq hәr kәsә bәllidir ki siz tabeçiliyinizdә olan İcra aparatinin işcilәriylә, rayonun idarә müdirlәriylә çox kobud davrandınız, onları söydünüz, tәhqir etdiz vә onlarla kölә kimi davrandınız. Sizin ifadә etdiyiniz söyüşlәr vә tәhqirlәr küçә uşaqları arasında istifadә olunan sözlәrdir. Deyin görәk, bu haqqı sizә kim verib?

Rәcәb Babaşovla gömrük rәisinin qarşıdurması

Gömruk rәisiylә әlbәyaxa olub kәllә kәllәyә gәldiniz. Hәtta çәkinmәdәn Qazaxlıları siyasi tәxribata yönәldәrәk onları gömrükdә mitinq etmәyә cәlb etdiniz. Rayon rәhbәrinin müşavirә zamanı hәr kәsin yanında dәfәlәrlә “Cibinә, avtomobilinә narkotik atdırıb tutduraram“ ifadәsini işlәtmәsi bir rayon rәhbәrinin edә bilәcәyi әn böyük xәta vә siyasi sәhv ola bilәrdi. Onu da cәnab Babaşov, siz etdiniz. Qazax Elektrik Şәbәkәsinin müdiri 60­a yaxın yaşı olan Elşad müәllimi, 70 yaşlı el ağsaqqalı, Salahlı kәnd icra nümayәndәsi Şahismayıl müәllimә vә daha kimlәrә “sәnin cibinә, avtomobilinә
narkotik atdırıb tutduraram” tәhdidini bizim yanımızda edәn dә siz oldunuz. İndi Şahismayıl müәllim cibini tikdirib gәzir, bunu da hamı çox gözәl bilir.

Qanunsuz kadr islahatları, özәl sektora zәrbә

“Cibinә narkotik atdırıb tutduraram” ifadәsi adәtәn, kiçik rütbәli polis tәrәfindәn küçә uşaqlarına, xuliqanlara qarşı istifadә olunan bir tәhdid növüdür. Lakin siz bir cәbhә bölgәsindә yerlәşәn rayonun rәhbәrisiniz. Budurmu sizin idarәçilik üslubunuz? Çoxlu sayda ticarәt, xidmәt, tәhsil obyektlәrinin әsassız olaraq bağlanmasına qәrar verdiniz. Yüzlәrlә vәtәndaşı işindәn etmәklә, ailәsinә, uşağına çörәk pulu aparmasına mane oldunuz. Dövlәt işindә işlәyәnlәri fәaliyyәtindә ciddi qüsur olmadan işindәn kәnarlaşdırdınız. Bir sözlә, özünüz dә bilmәdәn ictimaiyyәti narazı saldınız. Bununla da hakimiyyәtin әsas özәk siyasi dәsti­xәttinә qarşı çıxdınız. Hakimiyyәt isә hәmişә bir qızıl qaydaya riayәt edir. “Hәr hansısa problemin qarşısını vaxtında almaq sonradan onun yaratdığı problemlәrin nәticәlәrini aradan qaldırmaqdan qat­qat asandır”.

Bu sözlәri ümummilli lider Heydәr Әliyev deyib. Siz artıq hakimiyyәt üçün bir problemsiniz, problemli mәmursunuz. Hakimiyyәt heç vaxt riskә getmir vә problemli mәmurları vәzifәdәn uzaqlaşdırır. Cәnab başcı, siz çox qısa bir zamanda, cәmi 5 ay әrzindә olduqca çoxlu problemlәr yaratmaqa müvәffәq olunuz. Hәtta bir rayon başcısının 5 ildә yarada bilәcәyi problemdәn bir az da artıq problemlәr yaratdınız.
Cәnab Başcı!

Siz Qazaxdan gedәcәksiniz! Mütlәq gedәcәksiniz! Amma heç düşünmüsünüzmü, gedәndәn sonra Qazaxlılar sizin barәnizdә nәlәr danışacaqlar? Qazaxlılar sizә qәdәr heç vaxt rayon rәhbәri tәrәfindәn belә hörmәtsizlik vә belә ucuz tәhdidlәr görmәmişdilәr, yәqin ki, sizdәn sonra da inşaallah, görmәyәcәklәr! Hakimiyyәt dә bundan sonra çәtin ki sizә etimad göstәrә.

Sözüm baş redaktoradır... Saxta qızıl qәlәmin içindәki mürәkkәb dә saxta imiş. O qәlәmin hansı yollarla alındığı Qazaxlılara yaxşı bәllidir. Ona görә dә suyu bulandıran vә nәyәsә kölgә salan axtarışına çıxıbsınızsa, özünüzü havayı yormayın. Elin gözü tәrәzidir. Qazaxın dupduru suyunu bulandıran da, Qazaxlıların üzәrinә kölgә salan o qara buludlar da sizin müdafiә etmәk istәdiyiniz o şәxsdir... Hәlә heç kәsә, kimisә sudan quru
çıxarmaq nәsib olmayıb. Buna cәhd edәnlәrsә, özlәri islanıb suya batıblar. Amma islanmışın sudan nә qorxusu?

İcra başçısına yarınan deputat

Sözüm Qazaxın deputatınadır... Qazaxın deputatı Kamran Nәbizadә öz Feysbuk sәhifәsindә yazır: “Bir sıra media resurslarında vә saytlarda Qazax Rayon İcra Hakimiyyәtinin başçısı Rәcәb Babaşovla bağlı mәqalәlәr vә Qazax camaatına ünvanlanmış etiraz mitinqinә çağırışlar dәrc olunur. Mәqalәlәr tamamilә yalan vә tәxribat xarakteri daşıyır, bu, aydındır. Mәnә aydın olmayan başqa mәqamdır: etiraz aksiyasının, narazılığın sәbәbi nәdir?”

Cәnab deputat!

Әgәr siz arada bir Qazaxa baş çәkib seçicilәrinizlә görüşsәydiniz, onda yәqin deputatı olduğunuz rayonda 25 noyabr saat 12.00­a tәyin olunmuş “Prezidentdәn Rәcәb Babaşovun istefası tәlәbi”nin sәbәbini vә ictimai narazılığın nәdәn qaynaqlandığını bilәrdiniz. Lakin әgәr xәbәriniz yoxdursa, bu yalnız sizin öz şәxsi probleminizdir. Demәli siz әsl deputat, hәm dә әsl Qazaxlı deyilsiniz. Siz Qazaxlıların taleyinә qarşı laqeyd olmaqla yanaşı, rәsmi ittiham diliylә desәk, bir deputat kimi “yerinizdә deyilsiniz”.

Cәnab başçı!

Siz düşünürsünüz ki, әgәr mәni bu rayona rәhbәr qoyublarsa, demәli, istәdiyimi edә bilәrәm.Ümumi idarәçilik prinsiplәrinә riayәt etmәdiniz. İdarәçiliyi öz aqressiv xarakterinizin öhdәsinә buraxdınız. Tabeçiliyinizdә olan işcilәrlә normal davranmadınız. Xof vә qorxu toxumu sәpmәklә işcilәrdә narahatçılıq yaratdınız. Hörmәt vә qarşılıqlı anlaşma әvәzinә qorxu, xof vә diktәylә idarә etmәk istәdiniz.

Cәnab Başçı!

Sizin quruculuq, abadlıq işlәrinizdәn çox yazılır, çox danışılır. Sizdәn әvvәlki hәr bir icra başcısı da az vә ya çox dәrәcәdә Qazaxda abadlıq işlәri aparıb. Lakin gül әkmәk, yol çәkmәk, işıq dirәyi basdırmaq vә s. işlәr hәlә hәr şey demәk deyil vә bu işlәri camaatın gözünә kül edib üfürmәklә qürrәlәnmәk sadәlövlükdür. Bu abadlıq işlәri dövlәtin vә hörmәtli prezidentimiz İlham Әliyevin hәr bir rayona olduğu kimi biz Qazaxlılara da layiq gördüyü bir haqqdır. Unutmayın ki siz sadәcә prezidentin tapşırığını yerinә yetirәn bir icraçısınız. Mәhz icraçı.

“İcra Hakimiyyәti” sözünün hәrfi mәnasına diqqәt yetirsәniz, oradan vәzifәnizin mәnasını da tapacaqsınız. İcra Hakimiyyәti iqtidarın tapşırıqlarını, planlarını icra edәn vә hәyata keçirәn bir dövlәt qurumudur, icra başcısı isә hәmin qurumun müvәqqәti rәhbәri. Düzdür, rayonun abadlıq quruculuq işlәrindә sizin әziyyәtiniz dә az deyil. Buna biz Qazaxlılar yüksәk dәyәr veririk. Qazaxlılar әmәyә qiymәt verәndir. Yaxşı işlәrinizә görә çox sağ olun. Lakin sәhvlәrinizә görә dә cavab vermәlisiniz. Әgәr sәhvlәriniz bağışlana bilәcәk sәviyyәdәdirsә. Amma görünәn mәnzәrә odur ki, әmәllәriniz bağışlanacaq dәrәcәdә yüngül deyil. Ona görә dә cәnab başcı! Siz uduzdunuz, mәğlub oldunuz! Özünüzә uduzdunuz, öz xarakterinizә mәğlub oldunuz! Lakin Qazaxlılar humanist camaatdır, bәlkә dә sizi bağışladılar, amma hakimiyyәt sizi bağışlamayacaq.