BolgeXeber.Com » Xəbərlər » “Azərsu” ASC -nin işçilərinin özbaşınalığından prezidentə şikayət olun du - ŞİKAYƏT

“Azərsu” ASC -nin işçilərinin özbaşınalığından prezidentə şikayət olun du - ŞİKAYƏT

25-11-2016, 14:21
Oxunub: 4 722 “Azərsu” ASC -nin işçilərinin özbaşınalığından prezidentə şikayət olun du - ŞİKAYƏT“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bərbad işi və bu şirkətin işçilərinin əhalini necə çapıb taladığı bu şikayət məktubundan aydın görünür

Bolgexeber.com bildirir ki,teref.info- nun poçtuna gələn bu şikayət məktubunu oxuculara təqdim edirk. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bərbad işi və bu şirkətin işçilərinin əhalini necə çapıb taladığı bu şikayət məktubundan aydın görünür. Şikayətçi yazır:
Hörmətli redaksiya, xahiş edirik ki,bizim müraciətimizi öz saytınızda dərc edəsiniz.
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV cənablarına
Surəti: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədri Qorxmaz Cavanşir oğlu Hüseynov
cənablarına
Hörmətli Qorxmaz müəllim,
Məlumunuz edirik ki,biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib. Əksinə vəziyyət daha da pisləşib.Yenə də ərazimizdə artezian nasosu yanıb. Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətiin rəhbəri Bəhlul Ramazanov və baş mühəndis Mamed müəllim yenə də sahə rəisi Mehdini, nasosa baxan Aygün və Vahid adlı şəxsləri əhalinin canına salıb ,başlayıblar əhalinin qapılarını döyüb ev-ev pul yığmağa.Başa düşə bilmirik,əgər əhali vaxtlı-vaxtında su pulu ödəyirsə, artezianı,magistral boruları və s.təmir etməyi əhalimi etməlidir?Özü də əhaliyə texniki suyu təmiz su qiymətinə satırlar.Həm də çox maraqlıdır,nədənsə bu artezian uzağı iki həftədən bir yanır və pul yığılır.
Bundan başqa yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi.Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə siçovul leşindən pişik leşinə kimi nə istəsən tapmaq olar,antisanitariya hökm sürür.
Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır.Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətiin rəhbəri Bəhlul Ramazanovun işçiləri isə dəfələrlə Gəncə şəhərinin Nəriman Nərimanov,Əziz Əliyev və Zülfüqar Məmmədov küçələrini su ilə təmin edən artezian motorunu bu küçələrdə yaşayan 1500-ə yaxın ailədən yığılan vəsait hesabına təmir etdirir.Demək olar ki, Bəhlul Ramazanovun işçiləri ərazidə su borusu partlayanda, idarənin su nasoslarında nasazlıq yarananda sahə rəisi Mehdini və digər işçilərini əhalinin canına salır, başlayırlar əhalinin qapılarını döyüb ev-ev pul yığmağa.2000-ə yaxın ailənin yaşadığı ərazidən qeyri qanuni yığılan pullar hesabına nəinki boru,nasos təmir etmək olar,hətta bir neçə təzə nasos almaq olar.Amma çox təəssüflər olsun ki,belə təmirlərə yığılan qeyri qanuni pulların sonu qurtarmır. Əhali də hər ay həm su pulu ödəyir,həm də Bəhlul Ramazanovun işçilərinə xərclik pulu verir.Xahiş edirik ki,ərazini su ilə təmin edən motorun yenidən 55 kVt-lıq qoyulması və yanmış artezian nasosunun bərpası üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz və bu özbaşınalığın qarşısını alasız.
Hörmətli Qorxmaz müəllim, əlaqədar təşkilatlara dəfələrlə müraciət etsək də heç bir tədbir görmürlər.
Hörmətlə,Gəncə şəhəri, Əziz Əliyev,Zülfüqar
Məmmədov,Nəriman Nərimanov küçəsinin sakinləri
Bolgexeber.com