Cəlilabadda qanvermə aksiyası keçirilib-FOTO
26-11-2016, 10:52
Oxunub: 3 804
Azərbaycan Respublikası Heydər Əliyev Fondunun təşəbbüsü ilə qan xəstəliklərinin müalicəsi məqsədilə qanvermə aksiyasına start verilmişdir
Bu məqsədilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında Talasemiyyalı və Hemofiliyya xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qurupuna aid insalar iştirak ediblər. Aksiya iştirakçıları bu kimi xeyriyyə tədbirlərinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirdilər. Qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarının nəzarəti altında baş tutub. Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.Qanvermə aksiyasında Cəlilabad RİH başçısı Əziz Əzizov,aparat işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər. Həmcinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu humanist aksiyaya qoşulublar. Xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilib.Humanitar aksiyada 250 nəfərə yaxın könüllü qan verib.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər