BolgeXeber.Com » Xəbərlər » Tolikdən "Unibank"-a tərs sillə: "Sizin kimi harınlamışlar..." - FOTOLAR

Tolikdən "Unibank"-a tərs sillə: "Sizin kimi harınlamışlar..." - FOTOLAR

27-11-2016, 12:24
Oxunub: 2 455 Tolikdən "Unibank"-a tərs sillə: "Sizin kimi harınlamışlar..." - FOTOLAR"Unibank"-ın aprel döyüşlərində Şəhid olmuş Baxşəliyev Rəşid Əlifağa oğlunun anası Baxşəliyeva Çimnaz Əsgər qızını 1000 manat kredit borcuna görə məhkəməyə verməsi bəzilərini narahat etməsə də, bəzi şou-biznes nümayəndələri bu hadisəyə münasibət bildirib

Cebhe.info xəbər verir ki, bu məsələ tanınmış prodüser Tarix Əliyevi (Tolik) də narahat edib. O, xəbəri sosial şəbəkədə paylaşaraq məsələyə özünəməxsus şəkildə münasibət bildirib:

"Mən bir şeyi anlamıram, bu "Unibank" bu qədər faiz alır, bu qədər pullar qazanır, yəni 1000 manat nə böyük puldu? Reklamlarında "Ehtiyac krediti veririk ay nə bilim nə krediti" bəs Allah insafınızı kəssin bu şəhid sizə görə canından olub ki, sizin kimi harınlamışlar da dollarları yığıb milyarder olacaqsınız?!! Allah sizin bəlanızı verər inşallah, sizdə o bəzi banklar kimi bağlanarsız. Belədə ki, anam verə bilmir onun canı sağ olsun, mən ölməmişəm!! Verərəm canınızıda alaram!!! Allah o cavan oğlana rəhmət eləsin. Ayıb olsun!! ".

Qeyd edək ki, prodüsserin şərhinə bir çox tanınmış şou biznes nümayəndələrindən, həmçinin Xatirə İslamdan da dəstək gəlib.
Tolikdən "Unibank"-a tərs sillə: "Sizin kimi harınlamışlar..." - FOTOLAR
Tolikdən "Unibank"-a tərs sillə: "Sizin kimi harınlamışlar..." - FOTOLAR