BolgeXeber.Com » Xəbərlər » İsmayıllıda RİH-ti başçısının müavini haqqında növbəti şok-FOTO VİDEO

İsmayıllıda RİH-ti başçısının müavini haqqında növbəti şok-FOTO VİDEO

29-11-2016, 09:36
Oxunub: 3 607 İsmayıllıda RİH-ti başçısının müavini haqqında növbəti şok-FOTO VİDEOMahmud Süleymanovun Talıstan bələdiyyəsinin sədri vəzifəsində çalışdığı zamanlarda,vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda torpaq sahələrini bacısının həyat yoldaşı olan,Əzizov Teymur Eldar oğlunun adına rəsmiləşdirməsindən söhbət gedir

Kend.info dünənki sayında bəyan etmişdi ki,rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov barəsində növbəti materialları dərc edəcək.Dəyərli izləyicilərimizə söz verdiyimiz kimi həmin yazını sənədi ilə birlikdə ölkə ictimaiyyətinə təqdim edirik.Burada biznesmen müavinin növbəti torpaq sahəsindən söhbət gedir.Mahmud Süleymanovun Talıstan bələdiyyəsinin sədri vəzifəsində çalışdığı zamanlarda,vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda torpaq sahələrini bacısının həyat yoldaşı olan,Əzizov Teymur Eldar oğlunun adına rəsmiləşdirməsindən söhbət gedir.Mahmud Süleymanov qeyd olunan qohumunun adına 1,50 ha torpaq sahəsini 01 may 2007-ci il tarixində sənədləşdirmişdir.Burada bələdiyyənin cari fonduna iki min bir yüz manat 2100.00 manat pul mədaxil olunmuşdir.Mənbəmiz qeyd edir ki,bir neçə ay bundan əvvəl qeyd olunan torpaq sahəsini Mahmud Süleymanov alqı-satqı yolu ilə İsmayıllıda hündür mərtəbəli binaların tikintisi ilə məşğul olan,”Tanyapi”şirkətinin direktoru Ədalət Göyüşova külli miqdarda vəsait hesabına satmışdır.Əlbətdə bu deyilənlərin nə dərəcədə real olmasını araşdırmaq hüquq-mühafizə orqanlarının üzərinə düşür.Buyursunlar,araşdırsınlar görək baş verənlər nədən ibarətdir.

İsmayıllıda RİH-ti başçısının müavini haqqında növbəti şok-FOTO VİDEO
İsmayıllıda RİH-ti başçısının müavini haqqında növbəti şok-FOTO VİDEO