BolgeXeber.Com » Xəbərlər » Sahibkarlardan Göyçayın 2-ci adamı haqda prezidentə şok müraciət

Sahibkarlardan Göyçayın 2-ci adamı haqda prezidentə şok müraciət

29-11-2016, 12:41
Oxunub: 1 864 Sahibkarlardan Göyçayın 2-ci adamı haqda prezidentə şok müraciət“Bu gün ölkəmizdə baş verən iqtisadi böhran təbii ki, Göyçaydan da yan keçə bilməzdi. Göyçay həmişə Azərbaycanın sayılıb-seçilən rayonlarından bəlkə də birincisi olub”

Bolgexeber.com bildirir ki, bu sözləri bir qrup göyçaylı sahibkar politika.az-a göndərdiyi məktubda yazıb. İş adamlarının sözlərinə görə, rayonların vilayətləşməsi ilə əlaqədar yaradılması nəzərdə tutulan 13 vilayətdən birinin də Göyçayın seçilməsi hər şeyi sübut edir. Sahibkarlar qeyd ediblər ki, bir neçə il qabağa kimi Göyçayın, indi isə Ucarın icra başçısı işləyən Mənsur Məmmədov tərəfindən viran edilən rayon keçmiş başçı Mübariz Ağayev tərəfindən əsaslı təmirdən sonra tamamilə əvvəlki görkəmini bərpa etdi. “Bu il təyin edilən Bələdiyyələrlə iş şöbəsinin rəisi Mehdi Səlimzadədə xeyli iş görərək rayonu xeyli abadlaşdırdı. Bərbad olan qəbiristanlıq yolunun, mərkəzi stadionun təmiri və digər işləri misal çəkmək olar. Təəsüf ki. Göyçayda hələ də görülən işlərə kölgə salan məmurlar var. Belə məmurlardan biri də Göyçay rayon İcra Hakimiyyətinin Bələdiyyələrlə və kənd icra nümayəndələri ilə İş şöbəsinin müdürü Rəşad Şükürovdur. Bu ad göyçaylılara yaxşı tanışdır. Gənc yaşlarından İcra Hakimiyyətinə gələn məktubları ünvanlara çatdırılması ilə məşğul olub. Rəşad Şükürov nəinki kənd bələdiyyələrinin və icra nümayəndələrinin, yerli sahibkarların da “torbasını tikmək”lə məşğuldur. Həm də özü yerli sahibkarlardan sayılır. Ona məxsuz rayonun Potu və Hüngütlü kənd ərazisində hektarlarla torpaq sahəsi, fermer təsərrüfatı, bir neçə ticarət obyektləri və mebel sexi var. O öz vəzifəsindən istifadə edərək rayon tikinti monopoliyasını əlinə keçirib”,-deyə məktubda vurğulanıb. Bildirilir ki, onun icazəsi olmadan məhşur tikinti şirkətlərinin gündəlik satılan mallarından bir neçəsi, xüsusən də sementin rayonda satışı qeyri-mümkündür: “Kim istəsə bu işlə məşğul olsun şərlənərək müflüs olur. Onun bu hərəkətləri təkcə bununla bitmir. Şükürova məxsuz Potu kənd ərazisində hər tərəfi hündür divarlarla əhatə olunan ora nəinki, vergi işçisi, heç quş da düşə bilməz. Keçmiş başçı Mənsur Məmmədovla isti münasibətindən istifadə edərək məktəblərə və idarələr üçün lazım olan mebel məmulatlarının demək olar ki, Şükürovun sexində hazırlanıb həmin ünvanlara göndərilirdi”. İş adamları yazıblar ki, nəinki idarə və müəssələr, hətta mebel satışı ilə məşğul olan sahibkarlara da bu məhsullar zorla satdırılırdı: “Lakin indi R.Şükürovun işləri xeyli çətinləşib. Əvvəllər kənd bələdiyyələrindən və icra nümayəndələrindən aldığı aylıq 50-100 manata təzə başçı M.Səlimzadə tamamilə son qoysa da, indi ustalıqla həmin adamlardan guya gələn qonaqları yola salmaq adı altında toyuq, hinduşka, süd məhsulları, yumurta, nar, heyva alaraq bazarda yaxın adamları tərəfindən satdırır. Hətta bir az irəli gedərək imkanlı bələdiyyələrdən guya yuxarılara göndərəcək adı altında qoyun da alır. Bu qoyunlarda ona məxsuz fermaya göndərilir. Rəşad Şükürov istirahətini hər il Ukraynada keçirir. Ziya Məmmədovun “qılıncının dalı və qabağı kəsən” vaxtlar Şükürov Potu kəndində yerləşən torpaqlarının nəqliyyat nazirinin villasına yaxın olduğunu fəxrlə bildirərək deyirmiş ki, bu yaxınlıq onu tezliklə Göyçaya, ola bilsin digər rayonlara başçı göndərməsi ilə nəticələnəcək. Ölkə prezidentinin sahibkarlığın inkişafı və monopoliyanın qaldırılması haqqında verdiyi fərmanlarımı pozan, bu fərmanları adı kağız parçası hesab edən Şükürov haqda tədbir görülmür. İnanırıq ki, M.Səlimzadə yaxın vaxtlarda sahibkarlara etdiyi zülmə görə R.Şükürov haqqında ciddi tədbir görəcək”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.