Bakıda körpüdə dayanan bu şəxs sürücüləri güdüb polisə xəbər verir – FOTO
29-11-2016, 17:34
Oxunub: 2 592
Sosial şəbəkələrdə yayılan fotolar və məlumat sürücülər arasında çaşqınlıq yaradıb
Avtosfer.az xəbər verir ki, Bakıda körpülərin birinin üstündə dayanan mülki şəxs körpüdən çıxan avtomobilləri izləyir, qayda pozanların nömrəsini qarşıda dayanmış yol polisinə ötürür və həmin avtomobil saxlanılır. Sürücüyə “avtoş” damğası vurulandan sonra maşın cərimə meydançasına aparılır. Lakin sürücülərin əksəriyyəti fakt, görüntü tələb etdikdə yol polisləri onları buraxır.
Feysbukda “9192” adlı səhifədə yayılan bu məlumatı Cavid İsmayılov adlı şəxs paylaşıb. Həmin məlumata yazılan şərhlərdə onlarla sürücü bunun həqiqət olduğunu və onların da başına belə hadisənin gəldiyini yazıb. Qeyd ediblər ki, onları əsasən DYP əməkdaşları saxlayırlar. Avtosfer.az yazını olduğu kimi təqdim edir: “Artıq bir neçə aydır şəhərdən üzü “Koroğlu” metrosu istiqamətində gedəndə Ziya Bünyadov (Dərnəgül şosesi) prospektində tunelin çıxışında yuxarı tərəfdə bir gənc durub avtomobilləri izləyir. Uzun müşahidələrimdən sonra məlum olub ki, bu gənc oradan baxır və düzgün manevr etməyən, azca sürətlə ötmə əməliyyatı edən şəxslərin nömrəsini YPX əməkdaşlarına verir. Onlar da qarşıda maşını saxlayıb avtoxuliqanlıqda günahlandırırlar. Görüntü tələb etdikdə təqdim edə bilmirlər və sürücüləri dəvət edirlər “rəislə” aydınlaşdırmağa. Bu adla maşını cərimə meydançasına salırlar və külli miqdarda pul tələb edirlər. Bu şəxs əsasən pik saatlarda orada dayanır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər