BolgeXeber.Com » Xəbərlər » Aqil Abbas: “Azərbaycanda üç deputatı söyürlər”-"Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”
Aqil Abbas: “Azərbaycanda üç deputatı söyürlər”-"Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”
29-11-2016, 19:08
Oxunub: 3 086
Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni
Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: "Mənim atamın goruna 932 adam söyüb, hesablamışam".
A.Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb: "Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin".
Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar:
"Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər