Astarada 15 yaşlı qız özünü güllələyib
1-12-2016, 14:05
Oxunub: 2 888
Astara rayonunda 15 yaşlı qız özünü güllələyib
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.
Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub: “Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər”.
Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər