Mədəniyyət və Turizm naziri Bərdədə vətəndaşları qəbul edib-FOTO
1-12-2016, 15:21
Oxunub: 3 969
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdədə Agdam, Ağcabədi, Bərdə, Tərtər, Xocalı, Iaçın, Goranboy rayonlarının, Yevlax və Mingəçevir şəhərlərinin vətəndaşlarını qəbul edərək müraciətlərini dinləmişdir
Qəbuldan əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev YAP rayon təşkilatının inzibati binasında vətəndaşların müraciətlərini dinləyib aidiyyatı üzrə müvafiq tapşırıqlar vermis, səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar müraciət müəlliflərinə hüquqi yardım göstərmiş, belə müraciətləri müvafiq qurumlara çatdırılması barədə əməkdaşlarına müvafiq tapşırıqlar vermişdir.
Qəbuldan sonra nazir Ə.Qarayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş mədəniyyət işçilərinə mükafatları təqdim etmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rayona gəlmiş TÜRKSOY başqanı Düsen Kaseynov və rayon İcra Hsakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun müxtəlif mədəniyyət obyektlərində olmuş, buradakı tarixi abidələrlə, Heydər Əliyev adına park-bulvarla tanış olmuşdur.
Bolgexeber.com








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər