BolgeXeber.Com » Xəbərlər » Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib-FOTO
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib-FOTO
1-12-2016, 17:05
Oxunub: 3 567
Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsini rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi, layihə rəhbəri Şəmsi Gülverdi, Tələbə-Gənclər təşkilatların sədr və müavinləri, Nərimanov rayonun fəal gəncləri iştirak etmişlər
19 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsini rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi, layihə rəhbəri Şəmsi Gülverdi, Tələbə-Gənclər təşkilatların sədr və müavinləri, Nərimanov rayonun fəal gəncləri iştirak etmişlər.
İlk öncə gəncləri salamlayan layihə rəhbəri Şəmsi Gülverdi layihənin məqsədi haqqında məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi gənc (14-29) yaşlarında olan, eyni zamanda hər-hansı (müxtəlif sahələrdə) quruma rəhbərlik edən gəncləri bir araya toplamaq, onların şəbəkələşməsinə şərait yaratmaq, onlar arasında təcrübə mübadiləsi aparmaq, uzun illər müvafiq sahədə rəhbərlik edən şəxsləri layihəyə dəvət edərək gənc rəhbərlərə ustad dərsləri keçmək və “necə düzgün rəhbər olmalı?” sualına müzakirələr nəticəsində birgə cavab tapmaqdır.
Layihə çərçivəsində “Rəhbər və lider”, “Rəhbərlik bacarıqları” adlı təlim və seminarlar keçirilmiş, gənclər ekspertlərlə görüşmüş və diskussiya aparmışlar.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsini rəisi Nəcəf Novruzov bildirmişdir ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
N.Novruzov qeyd etmişdir ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Sonda gənclər layihə ətrafında müzakirələr apardı, onları maraqlandıran saullar qonaqlar tərəfindən cavablandırıldı.
Bolgexeber.com








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər