BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda prezidentliyə keçmiş namizəd Nizami Süleymanov vəfat etdi-VİDEO

Azərbaycanda prezidentliyə keçmiş namizəd Nizami Süleymanov vəfat etdi-VİDEO

2-12-2016, 10:29
Oxunub: 3 015 Azərbaycanda prezidentliyə keçmiş namizəd  Nizami Süleymanov vəfat etdi-VİDEOAzərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, akademik Nizami Süleymanov vəfat edib

APA-nın xəbərinə görə, akademiklə vida mərasimi bu gün Heydər məscidində olacaq. N. Süleymanov Azərbaycan ictimaiyyətinə prezidentliyə keçmiş namizəd kimi də tanışdır. 1992-ci ilin prezident seçkilərində Azərbaycan Ziyalılarının Demokratik İttifaqından prezidentliyə namizəd olub 33,8 faiz səslə II yeri tutan N. Süleymanov 1998-ci il prezident seçkilərinə də qatılıb və 8%-dən artıq səs toplayaraq 3-cü yeri tutub.

O, həmçinin ötən əsrin 90-cı illərində əhli arasında xeyli məşhur olan suyun təmizlənməsi üzrə "Bulaq" qurğusunun müəllifi kimi də tanınırdı.
Bolgexeber.com