Bakıda "Mado"da özbaşınalıq - ŞİKAYƏT
5-12-2016, 09:28
Oxunub: 4 123
Vətəndaş deyir ki, dekabrın 4-ü axşam saatlarında deyilən ünvandakı “Mado”da kobud rəftarla rastlaşıb
Azinforum.az-a müraciət edən Emin Fərhadlı adlı vətəndaş “Mado” restoranlar şəbəkəsinin 28 mall ticarət mərkəzində fəaliyyət göstərən filialında müştərilərin hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Vətəndaş deyir ki, dekabrın 4-ü axşam saatlarında deyilən ünvandakı “Mado”da kobud rəftarla rastlaşıb:
“Həmin restorana tez-tez gedənəm. 28 mall-dakı filialda birinci dəfə idi olurdum. Telefonla internetə girmək istədim. Baxdım mümkün olmur. İşçi personalından kodu soruşdum. Dedi ki, kodsuz qoşulmaq olur. Nə qədər çalışdımsa mümkün olmadı. Səbəbini soruşduqda kobud cavab aldım.
Dedilər ki, internetimiz yoxdur, xoşun gəlmirsə, get başqa yerə. Bu cavab məni çox əsəbləşdirdi. Rəhbərliyi çağırdım. Cavan bir oğlan yaxınlaşıb uzrhaqlıq etsə də, bildirdi ki, internetə qoşulmaq problem olduğu üçün, məsələ alınan deyil. Məni düşündürən budur ki, kifayət qədər rentabelli restoran olan “Mado” üçün bir WI-FI problemini həll etmək bu qədərmi çətindir? Bir daha “Mado” ya getməyəcəyimə söz verdim. Ola bilər ki, mənim boykotum “Mado” üçün böyük əhəmiyyət kəsb etməyəcək, amma əminəm ki, bu cür idarəetmə və kadr siyasətilə dediyim şəbəkə bataqlığa doğru gedir”.
Qeyd edək ki, son vaxtlar bu restoranlar şəbəkəsininadı müxtəlif qalmaqallarda hallanır. Bir qədər əvvəl, KİV-lərdə “Mado” da telefonunu “zaryadkaya” qoyab müştəriyə hesab deyəndə, telefon üçün işlədilən elektrik enerjisinin pulu da hesab kağızına qeyd olunması barədə məqlələr dəc edilib.
“Mado”nun da mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər