"Qazaxda iş gedir, amma camaatın hesabına..." - Babaşovdan prezidentə ŞİKAYƏT
5-12-2016, 10:25
Oxunub: 3 096
"Tək əziyyət çəkən iş adamları deyil. Qara camaat da bunun ziyanını çəkməkdədir"
Redaksiyamıza şikayət edən bir qrup Qazax rayon sakini bildirir ki, onların narazılığı yerli icra qurumlarındandır.
Bolgexeber.com xəbər verir ki,dia.az -a daxil olan ərizədə deyilir: "Xüsusən də Rəcəb Babaşov icra başçısı təyin olunandan sonra camaatın sosial durumu psiləşməyə başladı. Burada hamı bir-birini dolandırır. Sahibkarlar, fermerlər iş yeri açmasa rayonda pul və iş olmaz. Babaşov isə bu gün rayondakı bütün sahibkarların dizini yerə qoyub.
Tək əziyyət çəkən iş adamları deyil. Qara camaat da bunun ziyanını çəkməkdədir".
Daha sonra Qazaxdakı quruculuq işlərindən yazan sakinlərin dia.az-a müraciətində qeyd olunur: "Qazaxda bu gün görülən işlərə görə dövlətimiz, hörmətli prezidentimiz yetərincə vəsait ayırsa da, Rəcəb Babaşov həmin pulları cibinə qoyub, hər şeyi sahibkarların hesabına edir. Bu gün Qazaxdakı iş adamları rayondan qaçmağın yollarını axtarır. Hara qədər belə gedəcək?
Biz DİA.AZ saytı vasitəsilə yolunda baş qoymağa hazır olduğumuz hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik ki, Rəcəb Babaşovun məlum narazılıq yaradan siyasətinin durdurulmasına göstəriş versin".
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər