BolgeXeber.Com » Xəbərlər » “AZƏRPOÇT" -un Neftçala filialında "gözbağlayıcı"lar var - Vətəndaşların bağlamaları açılır və itir FOTO

“AZƏRPOÇT" -un Neftçala filialında "gözbağlayıcı"lar var - Vətəndaşların bağlamaları açılır və itir FOTO

12-12-2016, 14:54
Oxunub: 2 739 “AZƏRPOÇT" -un Neftçala filialında "gözbağlayıcı"lar var - Vətəndaşların bağlamaları açılır və itir FOTO Fransada yaşayan Neftçala rayon sakini Allahverdiyev Əmiraslan Fizuli oğlu "Azərpoçt"-un Neftçala rayon filialından onun yaşadığı ölkəyə yola salınan bağlamanın itirilməsindən şikayət edir

Rayon sakini bağlamanın itirilməsində birbaşa "Azərpoçt"-un Neftçala rayon filialını günahkar sayır. Belə ki, vətəndaşın dediklərinə görə ona 23 noyabr 2016-cı ildə "Azərpoçt"-un Neftçala rayon filialından qohumu tərəfindən bağlama yollanılıb. O iddia edir ki, sözü gedən filial ona yollanılan 10 kq çəkidə "CP001469991AZ" saylı bağlamanı itirib.

Şikayətçi teref.info-nun müxbirinə deyir ki, 1 gün sonra 24 noyabr 2016-cı il tarixində eyni filialdan ona daha bir "CP001470005AZ" saylı bağlama yollanılıb. Bir həftə sonra ikinci yollanan bağlama mənzil başına çatsada zədələnmiş və ağzı açıq formada olub. Hətta bağlamanın içərisində olan bəzi əşyalar yerində olmayıb. Digər əşyalar isə tamamilə yararsız hala düşüb.
Elektron izləmə zamanı müəyyən edib ki,bir gün fərqi ilə göndərilən başqa bir bağlama göndərilən ünvana çatdırılsa da, digər bağlama göndərilməyib və sistemdə görünmür”, - bu sözləri şikayətçi vətəndaş deyib.

3 gün sonra bağlama haqqında məlumat sistemə daxil olsa da, göndərilən bağlama hələdə göstərilən ünvana çatmayıb.

"Azərpoçt"-un rəsmi internet saytında yerləşdirilən əlaqə nömrəsinə (012 493-56-00) nə qədər zəng etsədə cavab verən olmayıb. Eyni hal "Azərpoçt"-un Neftçala rayon filialinın əlaqə nömrəsi (02126 3-33-55)ilədə baş verib. Hətta vətəndaş Ə.Allahverdiyev "Azərpoçt"-dan aidiyyatı orqanlara şikayət edəcəyinidə vurğulayıb. "Ona görə ki, "Azərpoçt" bunu artıq mütəmadi şəkildə edir”.

Şikəyətçi hesab edir ki, diqqətin Azərpoçt rəhbərliyinin məsuliyyətə cəlb olunmasına yönəldilməsi vacibdir. Yaxşı olar ki, bu qurumun rəhbərliyi açıqlama versin. Çünki bu hal ilk dəfə deyil baş verir. Əvvəllərdə bir neçə dəfə Azərbaycandan "Azərpoçt" vasitəsilə şikayətçiyə göndərilən bağlamalar yoxa çıxıb. Nəhayət, problemin ictimai müstəviyə çıxarılma zamanı gəlib çatıb.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
“AZƏRPOÇT" -un Neftçala filialında "gözbağlayıcı"lar var - Vətəndaşların bağlamaları açılır və itir FOTO
“AZƏRPOÇT" -un Neftçala filialında "gözbağlayıcı"lar var - Vətəndaşların bağlamaları açılır və itir FOTO