Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq-FOTO
12-12-2016, 16:20
Oxunub: 3 181
Ulu öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir
Dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildiriblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.
Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bildirib ki, on üç il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bolgexeber.com







Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər