“AAAF-Park”da ev almaqla həyatımın ən böyük SƏHVİNİ etdim” – ŞİKAYƏT VAR
13-12-2016, 10:04
Oxunub: 1 921
Hazırda Bakı şəhərində bir sıra tikinti şirkətlərinin tikib, təhvil verdiyi yaşayış kompleksləri var
Amma onlarn əksəri sakinlərə heç də həmişə rahat yaşayış vəd etmir. Tia.az xəbər verir ki, sosial şəbəkələrin birində Vüsal Haqverdiyev adlı istifadəçi “AAAF Park” yaşayış kompleksindən narazı olduğunu bildirib. Onun sözlərinə görə bu kompleksdə ev alan müştərilər aldadılır. Şikayəti olduğu kimi sizlərər təqdim edirik:
“2013-cü ildə AAAF Park-in 22-ci küçəsindən həyatımın ən böyük səhvlərindən birini edib, ev aldım. Belə bərbad, məsuliyyətsiz, sakinləri vecinə almayan bir kompleksdən ev aldigima hələ də peşmanam. Aşağıdaki səbəblərə görə:
1. Binanın ümumi vəziyyəti. Mənzili dedikləri vaxtdan 1 il gec təhvil verdilər, əgər buna təhvil vermək demək olarsa. Plastik pəncərələrim hələ də qırıqdır, binanın fasad üzlük emusiyasi, yağiş novalşaları görüntü xətrinədir, yəni bir az yağiş yağan kimi divarlar suyun içində qalır.
2. Istilik təminati. Binada istilik üçün yeganə mənbəyimiz elektrikdir. Binaya mərkəzi istilik sistemi xəttləri çəkilsə də, ümumiyyətlə verilməyəcək deyirlər. Keçən qiş aylarından may ayına qədər istilik olmadığı üçün qohumlarda qalmışam. Qaz məsələsi isə boyuk bir problem olub, aylardir həll oluna bilmir. Ən son o vəziyyətə gəlib ki, sayğac almağa pulumuz yoxdur deyirlər.
3. Elektrik enerjisi ilə təminat. Yeganə istilik mənbəyimiz olan işıq isə demək olar hər gün sönür və 10 dəqiqə bəs edir ki, ev buz kimi olsun. Deyilən təklif və şiikayətlərə isə baxan yoxdur. İşığa nəzarət edən şirkət rəhbərinə irad bildirəndə isə “yaxşı edirəm, 5 –də artıq” cavabını verir.
4. Binanın ətrafında tikinti. Alqı-satqı müqaviləsində binaniı ünündə villalar göstərilib. Sonradan villaları söküb hündürmərtəbəli binalar tikməyə başlayıblar. Aylardır bina qalıb tikintinin ortasında. Səs-küy, palçıq, toz-torpaqdan yaşamaq mümkünsüzdür.
5. Mənzilin sahəsinin hesablanması. Qanunun tələblərini pozaraq, mənzillərin sahəsini divarların çölündən hesablayırlar. Bu da mənim mənzilimdə 13 kv fərq edir.
6. Kommunal ödənişlər. Bunun kimi onlarla problemin ortasında artiq bir ilə yaxındır ki sakinlərdən mənzilin hər kv.m-i üçün 20 qəp (müqavilə ilə nəzərdə tutulan tam məbləğdir) ödəniş tələb olunur. Buna etiraz edib, heç bir ödəniş etmədiyimdən 200 AZN-dən artıq borcum var. Rəhbərlikdən tutmuş, komendatına qədər edilən şikayətləri isə vecinə alan yoxdur.
Qeyd: bu statusu yazandan bir neçə gün sonra rəhbərlikdən mənimlə əlaqə saxladilar, görüşdük, söhbətləşdik. Amma heç bir məsələ həll edilmədi. Bütün sadalanan problemlər olduğu kimi qalıb.”
Şikayət ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər