Bərdədə Heydər Əliyevin xatirəsi anılıb-FOTO
13-12-2016, 12:56
Oxunub: 3 665
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyini xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13- ci ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 3000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və etiramlarını bildirmişlər.
Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmişdirş.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məruzə etmişdir.
Rayon sakinlərindən ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları İradə Məmmədova, Rahim Məmmədov çıxış edərək əziz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Bolgexeber.com



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər