BolgeXeber.Com » Xəbərlər » İcra başçısı şöbə müdirini işdən çıxardı, narazılıq yarandı – “Yerimə 64 yaşlı adam təyin olunub”
İcra başçısı şöbə müdirini işdən çıxardı, narazılıq yarandı – “Yerimə 64 yaşlı adam təyin olunub”
14-12-2016, 10:44
Oxunub: 2 923
Qubadlı rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva işdən çıxarılıb
Bolgexeber.com -un ölkə.az-a istinadən əldə etdiyi məlumata görə, Allahverdiyeva Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun qərarıyla təqaüdə göndərilib.
Qeyd olunur ki, şöbə müdirinin işdə yol verdiyi nöqsanlar, son illər rayon təhsilinin xeyli geriləməsi İsaqovu bu addımı atmağa vadar edib.
Əməkdaşımız məsələylə bağlı Allahverdiyevanın özüylə əlaqə saxlayıb və o faktı təsdiqləyib:
“Niyə mənim işdən çıxmağım sizi narahat edir ki? Bəli, çıxarılmışam. Bu, yaşımla bağlıdır. Amma maraqlıdır ki, mənim yerimə müavinim Kamil Əhmədov təyin olunub və onun da 64 yaşı var. İcra başçısı Təhsil Nazirliyinə məktub yazıb, razılıq aldı və nazirlik də onun təklifinə hə dedi. Hazırda heç bir işlə məşğul deyiləm. İş təklif olunmayıb”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər