Kərəm Həsənov İmişli rayonunda vətəndaşların müraciətinə baxıb
14-12-2016, 10:54
Oxunub: 3 857
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov imişli şəhərində vətəndaşların qəbulunu keçirib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq,ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir və onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək göstərirlər. 13 Dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli rayonunda olmuş və əmlak məsələri ilə bağlı problemi olan vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl İmişli rayon İcra Başçısı cənab Vilyam Hacıyev və Komitə sədri Kərəm Həsənov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş,sonra isə Heydər Əliyev Mərkəzində Ulu öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoşəkillərinə baxış keçermişdirlər .
Komitənin idarə və həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə İmişli rayonu ilə yanaşı bölgə rayonlarından olan vətəndaşların da müraciətləriinə baxılmışdır. Qəbul edilən hər bir vətəndaşın müraciətlərini qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Komitənin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi isə elə yerindəcə həllini tapmışdır.
Bolgexeber.com


Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər